Erlinq Haaland “Mançester Siti”nin tarixinə düşüb
Bakı, 15 mart, AZƏRTAC
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində "Leyptsiq"lə oyunda (7:0) penta-trik etməklə rekordlar qırıb.
AZƏRTAC xəbər verir ki, norveçli forvard mövsüm ərzində vurduğu qolların sayını 39-a çatdırıb. Bununla da o, Mançester təmsilçisinin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu olub.
Haaland 1928-1929-cu il mövsümündə 38 dəfə rəqib qapılarına yol tapan Tommi Consonun rekordunu yeniləyib.
"Opta"nın məlumatına görə, Haaland, həmçinin Çempionlar Liqasında 30-dan çox qol vurmağı bacaran ən gənc futbolçu olub. O, buna 22 yaş 236 günlüyündə nail olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:56]
Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]
NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib
- 09.06.2026 [10:41]
Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
- 09.06.2026 [10:20]
Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]