Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunub
Moskva, 10 fevral, AZƏRTAC
Rusiya və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, fevralın 10-da Rusiyanın və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.
Rusiya XİN-in məlumatında bildirilir ki, S.Lavrov regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, ictimaiyyətin nümayəndələri, ekspertlər və parlament üzvləri arasında dialoq da daxil olmaqla üçtərəfli müqavilələrin bütün şərtlərinin reallaşdırılmasının vacibliyini vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]