Azərbaycan Dövlət İnformasiya Agentliyi

ERMƏNİSTAN İRANIN TƏHLÜKƏSİZLİYİNİN “QAYĞISINA” QALIR

Berlin, 13 fevral (AZƏRTAC). Ermənistanın “PanArmenian” agentliyi ötən həftə Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolunun fəallaşmasında İranın narahatlığı üçün ciddi səbəb görən “Mitk” analitik mərkəzinin eksperti Eduard Abramyanın bəyanatını yaymışdır. Yerevan analitiki yazır: “İran Türkiyənin regionda fəallaşmasına olduqca mənfi yanaşır və özü müxtəlif sabitlik platformalarının təşəbbüskarı kimi çıxış etməyə çalışacaqdır. Ankaranın Dağlıq Qarabağ probleminin həllinə açıq-aydın kuratorluq etmək məqsədləri də Tehranın narahatlığına səbəb sayıla bilər”.

Abramyan zərərsiz uvertüradan bəyanatının əsas hissəsinə keçməyincə və bəyanatının auditoriyanı yavaş-yavaş hazırladığı əsl məqsəd və mahiyyətini açıqlamayınca, onun regiona sülhün və sabitliyin gətirilməsində liderliyi ələ almaq uğrunda Ankara ilə Tehranın artan rəqabəti, onların işlərinə qarışmayan Azərbaycanın milli mənafelərinə birbaşa toxunmayan, əksinə, tezliklə sülhün bərqərar olmasına kömək edən ikitərəfli İran-Türkiyə münasibətləri barədə ilk baxışdan, neytral mülahizələr yürütdüyünü düşünmək olardı. Bu girişdən sonra məlum olur ki, demə, İran, heç vəchlə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəallaşmasına yol verməməlidir, çünki bu halda, nəinki Ermənistan, İran da uduzacaqdır. Abramyanın fikrincə, Ermənistanın İran sərhədindəki əraziləri qaytarması, guya gələcəkdə Tehran üçün əlavə etnosiyasi münaqişələr yarada bilər. Erməni eksperti yazır: “Heç kim üçün sirr deyildir ki, İranda Bakıya meyilli azərbaycanlılar problemi kəskin şəkil almışdır, lakin Arazqırağı zonanın aşağı hissəsində (Araz sahillərindəki Qarabağ əyalətləri) erməni amili azərbaycanlıların birləşməsi üçün təbii maneə yaradır”.

Ermənilərin Zəngilanı, Cəbrayılı və Füzulini artıq “Arazqırağı Qarabağ əyalətləri” adlandırmağa başlaması faktını (söhbət sanki Qarabağ zəhmətkeşlərinin bağ evlərinin yerləşdiyi rayonlarından gedir, burada istirahət günləri sərhəd çayında çimmək, balıq tutmaq, çəmənlikdə kəpənəklərin dalınca qaçmaq, axşamlar Andrianikyugend tonqalları ətrafında partizan mahnıları oxumaq olar) kənara qoyaq. Burada başqa məsələ, Ermənilərin Azərbaycanın işğal olunmuş bu üç sərhədyanı rayonunun ermənilərin əlində qalmasının İran üçün “faydasını” (belə de!) izah etməklə Tehranı münaqişəyə cəlb etmək kimi kobud cəhdi narahatlıq doğurur. Abramyanın fikrincə, əgər İran sərhədyanı rayonların ermənilər tərəfindən işğalının dondurulmasında qəti şəkildə maraqlı olarsa və onu ümumazərbaycan birliyinə (ay dad!) qarşı təbii maneə kimi qəbul edərsə, erməni ekspertinin bu məntiqindən istifadə edərək Azərbaycan Laçın və Kəlbəcər məsələlərinin sülh danışıqlarının gündəliyindən çıxarılmasını tələb etməlidir, çünki bu iki rayon üzərində Azərbaycanın nəzarətinin qeyd-şərtsiz bərpa olunması ümumerməni birliyi üçün təbii maneəni möhkəmləndirər, buna isə təbii ki, yol vermək olmaz...

Ermənistanın bu cür primitiv mülahizələri “cəhənnəmə gedən, yoldaş axtarır” məsəlini yada salır. Yəqin Ermənistan ora tək getmək istəmir. Getdikcə güclənən Azərbaycana qarşı kənardan real kömək olmadan təkbaşına davam gətirməyə məhkum Yerevan əvvəlcə KTMT-nin bu yaxınlarda yaradılmış Kollektiv Çevik Əməliyyat Qüvvələrindən (KÇƏQ) yapışaraq ümid edirdi ki, Ermənistan baş qərargahının işğal olunmuş ərazilərdə KÇƏQ-in verdiyi bir batalyonu yerləşdirilməsi lazım gəldikdə, bloka daxil olan digər ölkələri də münaqişəyə cəlb edə biləcək. İndi isə Belarus və Özbəkistan prezidentləri hərbi qulluqçularının xaricdə hərbi münaqişələrdə iştirakına yol verməyəcəyini birmənalı şəkildə bəyan etdikdən sonra Yerevan anlamışdır ki, müttəfiqləri haradasa kənarda axtarmaq lazımdır və İranı ümumazərbaycan birliyi ilə “qorxuzaraq”, Füzuli, Cəbrayıl və Zəngilanda ermənilərlə qonşuluğun “faydasını” təfsilatı ilə izah edib onu münaqişəyə cəlb etmək qərarına gəlmişdir. İran dövlətinin təhlükəsizliyinə yönəlmiş necə də həssas qayğıdır, deyilmi? Bəlkə elə BMT-dəki erməni nümayəndə heyətinin melaneziyalılara Azərbaycan torpaqlarının erməni işğalı altında qalmasının onların milli təhlükəsizliyi üçün faydasını izah etdikdən sonra Vanuatu ötən il bütün dünyaya mövcudluğunu xatırlatmağı qərara almışdı?

Ümumiyyətlə, Ermənistanda belə bir faktın xatırlanması yerinə düşərdi ki, əgər 1929-cu ildə Stalinin ermənilərə hədiyyəsi olmasaydı, Ermənistan-İran sərhədi anlayışı ümumiyyətlə mövcud olmazdı. O vaxt Zəngilan və Ordubad rayonlarının kəndlərindən süni şəkildə heç zaman mövcud olmayan müstəqil Meğri rayonu yaradıldı və tarixdə ilk dəfə bu dağlar Ermənistan SSR-ə verilmiş və bununla da bir neçə il əvvəl Zəngəzurun böyük hissəsinin Ermənistana verilməsindən başlanan Naxçıvanın Azərbaycandan tamamilə ayrılması və indiyədək tarixdə heç vaxt olmadığı eksklava çevrilməsi prosesi başa çatdırıldı. Bəlkə elə eyni millətin müxtəlif hissələri arasında “təbii maneələr” yaratmaq ideyası ermənilərin ağlına elə o vaxt gəlmişdi - Allah eləməmiş, birdən onlar bir-birini yol verildiyindən daha tez-tez görərlər?

Abramyanın bir qədər sakitləşməsi pis olmazdı. Əvvəla, İranın təhlükəsizliyini kifayət qədər orijinal şəkildə təmin etmək və bu cür maneələr yaratmaq üçün onun soydaşları Ermənistanın indiki ərazisindən daha böyük Azərbaycan əraziləri zəbt etməlidirlər. İkincisi, əgər Abramyan İran diplomatiyasının sadəlöhvlüyünə və onun bu tələyə düşəcəyinə ümid bəsləyirsə, onda görünür, İran XİN-in səviyyəsini özü ilə, İran diplomatlarını erməni həmkarları ilə müqayisə edir. Tehranda gözəl bilirlər ki, söhbət bütün başqa qonşuları ilə münasibətləri pozmuş kobud müttəfiq axtarışlarından gedir. Üçüncüsü, “Mitk”in eksperti İran-Azərbaycan münasibətlərinin səviyyəsini düzgün qiymətləndirmir. Allaha şükürlər olsun ki, Azərbaycanla İran arasında münasibətlər yaxşıdır. Bu, çətin məqamlarda həmişə bir-birinin köməyinə gələn iki dost dövlətdir. Dördüncüsü, əgər Azərbaycanın İranla azərbaycanlılar yaşayan regiondan keçən quru sərhədləri İranın milli təhlükəsizliyi üçün mütləq qorxu yaratmalıdırsa, maraqlıdır ki, Azərbaycanın üç sərhədyanı rayonunun öz yurd-yuvasına qayıdacaq qaçqınları İran-Azərbaycan sərhədinin digər hissələrində yaşayan soydaşlarından nə üçün “daha təhlükəlidir”? Əgər İranın etnosiyasi quruluşu üçün təhlükə erməni xəbərdarlıqlarından reallığa keçməmişdirsə, onda nə üçün İran zəngilanlıların, cəbrayıllıların və füzulililərin öz evinə qayıtmasından təşvişə düşməlidir?

Erməni ordusu işğal etdiyi əraziləri istənilən halda ya könüllü, ya da hərbi forma geyinmiş Azərbaycan bələdçilərinin köməyilə azad etməlidir. Yerevanın reallığın üzünə baxmasının və saman çöpü olmayan yerdə onu axtarmağa son qoymasının vaxtı çatmışdır. Əks halda, çox istəyən, azdan da qalar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib