SİYASƏT
Ermənistan ordusunda hərbi xidmət keçməkdən imtina etmiş və “Yehova şahidləri” dini təriqətinin üzvü olan 60-dan çox gənc həbsxanalarda cəza çəkir
Bakı, 26 yanvar (AZƏRTAC). “Ermənistan ordusunda hərbi xidmət keçməkdən imtina edən və “Yehova şahidləri” dini təriqətinin üzvü olan 60-dan çox gənc hazırda həbsxanalarda cəza çəkir. Onların həbsdən nə zaman azad ediləcəkləri də hələlik məlum deyildir”.
AZƏRTAC xəbər verir ki, bu faktları Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında almaniyalı deputat Kristofor Ştaresserə və digər anti-Azərbaycan qüvvələrə təqdim olunmuşdur. Bildirilmişdir ki, bu həm də Ermənistandakı dini dözümsüzlüyün bariz nümunəsidir.
Özünün anti-Azərbaycan mövqeyi ilə seçilən almaniyalı K. Ştrasser isə cavab olaraq bu məsələlərə baxmadığını bildirmişdir. Onun bu cavabı avropalı deputatlar tərəfindən də etiraz və rişxəndlə qarşılanmışdır.