Ermənistan ordusunun bir neçə hərbçisi istintaqa cəlb olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçu mülki şəxsə qarşı cinayət törətdiyi üçün istintaqa cəlb olunub.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Tərtər rayonunun işğal olunmuş Kiçik Qarabəy (Möhrətağ) kəndində yaşayan Artuş Avakyan Ermənistan Müdafiə Nazirliyinin “qaynar xətt”inə zəng edərək hərbi qulluqçular tərəfindən daim incidildiyini, hədə-qorxulara məruz qaldığını, eləcə də pulunun və əmlakının zorla əlindən alındığını bildirib.
Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb. Bir neçə erməni hərbi qulluqçu istintaqa cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]