Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutub VİDEO
Ağdam, 28 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Erməni silahlı birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.
Ağdam Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, erməni silahlıları tərəfindən atılan mərmilər nəticəsində mülki əhalidən bir nəfər dünyasını dəyişib, 8 nəfər yaralanıb. 12 ev, 1 mağaza dağılıb, 1 ev yanıb, 59 evə ziyan dəyib. Düşmənin atəşi nəticəsində əhaliyə məxsus 12 baş iribuynuzlu heyvan, 1 at tələf olub, bir avtomobil yararsız hala düşüb.