ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ ATƏŞKƏS REJİMİNİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 5-də saat 21:45-də Noyamberyan rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi sahəsindəki mövqelərini pulemyotlardan, martın 6-da 02:00-da və 03:10-da İcevan rayonunun Berkaber kəndinin 1,5 kilometr şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl Hacılı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan, saat 02:10-da Qazax rayonunun Cəfərli kəndinin 1,6 kilometr cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan, saat 03:05-də Qazax rayonunun Aşağı Əskipara kəndinin 0,5 kilometr cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
İtki yoxdur.