Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan: sonun başlanğıcı – Təhlil

Ermənistan: sonun başlanğıcı –  Təhlil

Bakı, 9 oktyabr, AZƏRTAC

Ermənistanın “failed state” statusuna ən bariz nümunə bu ölkənin tarazlığı qaçmış tədiyə balansıdır. Ermənistan Cənubi Qafqazda tədiyə balansı ən gərgin olan ölkədir. Tədiyə balansı ölkə iqtisadiyyatının güzgüsüdür. Ermənistanın makroiqtisadi və maliyyə dayanıqlılığı, o cümlədən pul-məzənnə siyasəti “Ödəmələr balansının” vəziyyətindən birbaşa asılıdır. Ermənistanda uzun illər hökm sürən siyasi diktatura və daxili qeyri-sabitlik - qazanılmış iqtisadi çatışmazlıq sindromu yaradıb. Bu əlverişsiz biznes mühiti şəraitində xarici investorlar (qeyri-rezidentlər) tərəfindən kapital qoyuluşunun əlverişsizliyi Ermənistanın tədiyə balansında öz əksini tapır.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin mövzu ilə bağlı şərhini təqdim edir.

N.Hacızadə bildirib ki, ölkənin coğrafi cəhətdən əlverişsiz mövqeyə sahib olması, qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları Ermənistanı xarici ticarəti hərəkətə gətirən logistika və nəqliyyat dəhlizlərindən kənarda saxlayır. Bundan əlavə, ölkənin dağlıq əraziyə malik olması kənd təsərrüfatında bitki və bitkiçilik məhsullarının istehsalı və ixracını məhdudlaşdırır. Ermənistanda iqtisadi, coğrafi və siyasi “natamamlıq kompleks”ləri komplementarlıq təşkil edir və təkcə milli deyil, həm də regional təhdidlər yaradır. Ermənistanın siyasi rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar apardığı işğalçı siyasət tədiyə balansının bütün parametrlərinə, o cümlədən xarici sərmayə cəlbediciliyinə mənfi təsirlərini göstərir.

Cari əməliyyatlar hesabının “xroniki xəstəliyi”

Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikaya uyğun olaraq, Ermənistanda 2019-cu ilin cari hesablar balansının mənfi saldosu 987,5 milyon dollar təşkil edib. Belə ki, xarici ticarət balansının əmtəə və xidmət strukturunda mənfi 1,8 milyard dollar, ümumilikdə 3,6 milyard dollar kəsr qeydə alınıb. Statistik bazaya əsaslanan rəqəmlər Ermənistan iqtisadiyyatının COVID-19 pandemiyasına hazırlıqsız daxil olduğunu göstərir. Təsadüfi deyil ki, Ermənistan dünyada əhalinin hər 1 milyon nəfərinə düşən COVID-19 pandemiyasından ölənlərin sayına görə “ilk 25-liyə” daxildir və postsovet məkanında isə lider ölkədir. Pandemiya səbəbindən Ermənistanın fövqəladə hal qismində tibbi avadanlıqlar, dərman ləvazimatları alması cari əməliyyatlar balansının kəsrinin daha da artmasına birbaşa təsirini göstərəcək. Artıq Ermənistan Statistika Komitəsinin ilkin göstəricilərində tibbi avadanlıq və dərman ləvazimatları sifarişlərinin idxal strukturunda ön pillələrə çıxması müşahidə edilir. Habelə Ermənistanın pərakəndə ticarət dövriyyəsindəki sürətli artımı da sözügedən məhsullara tələbin uzunmüddətli olacağını planlaşdırır.

Ermənistan Statistika Komitəsinin verilənlər bazasına əsasən, 1991-ci ildən hazırkı zamana qədər sözügedən ölkənin xarici ticarət balansında müsbət saldo qeydə alınmayıb. Ölkənin iqtisadi potensialı səviyyəsinə müvafiq olaraq, son 5 il ərzində mənfi saldo aralığı 2-2,8 milyard dollar civarında qiymətləndirilib. Ermənistanın statistik qurumunun yaydığı məlumata görə, 2020-ci ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi 10,2 faiz azalıb. Bundan əlavə, ticarət dövriyyəsi bu ilin aprel ayında 27,8 faizlik enişlə aşağı tavanı gördükdən sonra azalma səngiyib. Buna baxmayaraq, iyul ayında ixracın yenidən kəskin enişi başlayıb. Nəticə etibarilə ixracın dayanıqsız olması və azalmasının əsas səbəblərindən biri ixrac edilən son məhsulların mütləq əksəriyyətinin xammal komponentindən asılılığı, ixracın əmtəə və coğrafi diversifikasiya əmsalının aşağı olması ilə əlaqədardır.

Ermənistanın ixrac dayaqsızlığı və ya dayanıqsızlığı

Ermənistanın ixracının şaxələndirilməsi səviyyəsi aşağıdır. 2020-ci ilin birinci rübünün ixrac statistikasına əsasən, ixracın əmtəə strukturunda əsas paya malik məhsulların tərkibinə mis filizləri və konsentratları, ferro-ərintilər, qızıl, zərgərlik məmulatları və onların hissələri (35,4 faiz), qida, tütün, alkoqollu və alkoqolsuz içkilər (29,4 faiz), qiymətli və qiymətsiz daş, metal və metaldan hazırlanan məhsullar (13,1 faiz) aiddir. Sadalanan bu üç sektorun ümumi ixracda payı 80 faizə yaxındır. Mədən sənayesinin əmək qüvvəsinin əhəmiyyətli hissəsi kişilərdən ibarət olduğundan Ermənistanda elan edilən səfərbərlik mədən sektorunda istehsalı məhdudlaşdırır və ixrac gəlirlərini də azaldır. COVID-19 pandemiyası səbəbindən dünya bazarında mineral xammalın qiymətləri endiyindən Ermənistanın əsas ixrac məhsullarından gəlir azalacaq. Çünki ixrac deflyatoru aşağı dünya bazar qiymətlərinə görə mənfi zonaya keçib. Ermənistanın ixracında əsas baryerlərdən biri ixrac bazarlarının uzaqda olması və nəqliyyat-logistika imkanlarının mədudluğudur. Bu il COVID-19 səbəbindən turizm xidmətlərinin ixracı da minimal səviyyəyə enib. 

Ermənistan bu ildən başlayaraq Qazaxıstana da avtomobil re-eksportu edə bilməyəcək və bu da ölkənin ixrac gəlirlərini azaldır. Belə ki, Qazaxıstanın Ermənistandan avtomobil idxalına tətbiq etdiyi qeyri-tarif tənzimləmələri nəticəsində həmin məhsullara tələb azalıb və Ermənistan sahibkarlarının gəlirləri aşağı enib. 2019-cu ildə Ermənistan vasitəsilə yenidən ixrac olunan avtomobillər 3 dəfə artaraq 189 minə çatıb. Avtomobillərlə bərabər digər məhsullara tətbiq olunacaq ticarət məhdudiyyətləri Ermənistanın ixracına mənfi təsir edəcək.

Cənubi Qafqazın zəif bəndi

Cari ilin ilk rübünün statistikasına əsasən, Cənubi Qafqazın ümumi ixracında Ermənistanın payı cəmi 14 faiz olmaqla ən azdır. Müqayisə üçün deyək ki, 2019-cu il ərzində Ermənistan tərəfindən həyata keçirilən ixracın dəyəri Azərbaycanın ixracından 7,5 dəfə aşağı olub. Ermənistanın ixrac əməliyyatlarının aşağı olması qonşu ölkələrlə münaqişə səbəbindən əhəmiyyətli nəqliyyat və logistik imkanlardan kənarda qalması ilə nəticələnib.

Azərbaycana qarşı ərazi iddiaları səbəbindən, Türkiyə və Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq layihələr kənarda qalması Ermənistanın iqtisadi artım və inkişaf potensialını daima aşağı səviyyədə saxlayır. Bu baxımdan, ərazi iddiaları siyasəti ilə vidalaşacağı təqdirdə, Ermənistanda iqtisadi aktivliyi yenidən bərpa etmək mümkündür.

İstehlakyönümlü iqtisadiyyatda idxal

İdxalın artım templərini təhlil etdikdə ixracla müqayisədə ticarət balansında mənfi saldonun gələcək illərdə də genişlənəcəyini təxmin etmək mümkündür. Ermənistan tərəfindən idxalda 2017-2019-cu il ərzində 20-25 faiz artım müşahidə edilir. Ermənistanda istehsal edilən məhsulların komponentlərinin idxaldan asılı olması, yerli istehsalda emal edilmiş qida sənayesinin zəif inkişafı, yerli istehsalın daxili bazarda zəif mövqeyi və müqayisəli üstünlüyə malik sektorların azlığı xaricdən əmtəə sifarişini artması üçün əsaslı zəmindir. 2015-ci ildə Avrasiya Gömrük Birliyinə üzvlük Ermənistana digər üzv ölkələrin ixracını daha da artırdı. “Made in Armenia” adı ilə istehsalın zəif olması, istehlakçıların daha keyfiyyətli rus, Belarus və Qazaxıstan məhsulları almağa meyilləndirdi. Bundan əlavə, idxal edilən mal və məhsullarla rəqabətə daxil ola biləcək istehsal sənayesinin olmaması keyfiyyət standartlarının geri qalması ilə əlaqədardır. Birlik çərçivəsində üzv ölkələr arasında idxal rüsumlarının azaldılması və sıfıra endirilməsi (vahid gömrük-tarif siyasəti) həmin ölkələrin Ermənistanın daxili bazarında qiymət üstünlüyünə təsir edib. Əlavə olaraq qeyd edək ki, Avropa İttifaqının (Aİ) Ümumiləşdirilmiş Preferensiyalar Sistemi qoşulduqdan sonra da Aİ ölkələri tərəfindən ixrac əməliyyatları sürətlənib. Buna baxmayaraq, zəif yerli istehsal şəraitində Ermənistanın Avrasiya Gömrük Birliyi və “GSP+” proqramının imtiyazlarından istifadə etmək imkanları zəifdir. Qeyd edilən güzəştlər sistemi çərçivəsində Ermənistanın mal və məhsul ixracında diversifikasiya baş verməyib, əksinə idxal daha da artaraq yerli istehsalçıların rəqabətçilik mövqeyinə zərbə vurub. 

Statistika Komitəsinin 2020-ci ilin 8 aylıq pərakəndə ticarət dövriyyəsindəki azalma ilə idxal arasındakı azalma arasında müsbət korrelyasiya mövcuddur. Pərakəndə ticarət dövriyyəsinin strukturunda yer alan əmtəə strukturları geniş diversifikasiyaya malik olunmasa da, mütləq əksəriyyəti idxalyönümlüdür. Bu da Ermənistanda məcmu tələbə qarşılıq məcmu təklifin idxal vasitəsilə qarşılandığını əks etdirir. Xüsusilə, gündəlik istehlak səbətində yer alan benzin, qida məhsulları və dərman ləvazimatlarının mütləq əksəriyyəti idxala bağlı olduğundan, gözlənilən məzənnə volatilliyinin baş verməsi halında ciddi sosial narazılığa səbəb olacaq.

İdxalda əsas paya malik olan məhsullar neft məhsulları və qaz, quş əti, bir sıra kənd təsərrüfatı məhsulları, tütün, tibbi ləvazimatlar, informasiya texnologiyaları, texnoloji ləvazimatlar təşkil edir. Əmtəə strukturuna görə, bu mal və məhsullar ev təsərrüfatlarının, hüquqi şəxslərin gündəlik və aylıq istehlakını təşkil edir. Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin pərakəndə ticarət dövriyyəsi 3,3 milyard dolları təşkil edib ki, ən böyük dövriyyəni 76,7 faiz (illik artım 11,7 faiz) mağazalar (supermarket daxil olmaqla) və 15,1 faizlə digər ticarət obyektləri təmin edir. İdxal edilən məhsulların mütləq mağazalarda olduğunu və yuxarıda göstərilən müsbət korrelyasiyanı nəzərə alsaq, yaranan 2,5 milyard dollarlıq dövriyyənin böyük hissəsinin idxala xidmət etdiyini müəyyən etmək olar.

İnvestisiyadan əldə edilən gəlirlərin azalması

İlkin gəlirlər balansında investisiya gəlirlərinin repatriasiyası artıb ki, bu da balansda 700 milyon dollara yaxın kəsir formalaşdırıb. COVID-19 pandemiyası ilə əlaqədar iqtisadi resessiya qarşılığında xarici ticarət əməliyyatlarının azalması nəticəsində 2020-ci ilin iki rübündə cari hesablar balansının kəsiri 218 milyon dollardan 143,6 milyon dollara enib. Təhlil göstərir ki, kəsirin azalması əmtəə və xidmət ixracının artımı və investisiya gəlirlərindəki artım vasitəsilə deyil, 14 faizlik iqtisadi resessiya, xarici ticarət balansının 13 faiz azalması, birbaşa investisiyalardan gəlirin 8,4 faiz azalması ilə əlaqədardır. Habelə mədən sənayesinin vergi, xarici valyuta və iqtisadi aktivlikdə payının yüksək olduğunu nəzərə alsaq, pandemiya və müharibə şəraitində sözügedən sektorun kiçilməsi qaçılmazdır. Bundan əlavə, Ermənistan Mərkəzi Bankının sentyabrın 30-dakı açıqlamasına görə, 2020-ci ilin sonu üçün ixrac əməliyyatları vasitəsilə valyuta daxil olmaların 12-15 faiz, idxal vasitəsilə valyuta axının isə 15-17 faiz intervalında azalacağı qeyd edilib.

Maliyyə hesabı balansı

Tədiyə balansının defisiti şəraitində Ermənistanın xarici borcu daha da artacaq. Eyni zamanda, xarici valyuta rezervlərinin əriməsi, kapital balansının azalması və xarici tərəfdaşlardan borc asılılığının artması gözlənilir. Ermənistanın Azərbaycana qarşı provokasiyaları, erməni banklarının aşağı kredit reytinqi və ən başlıcası ictimai-siyasi sabitliyin pozulması ölkənin inam indeksini aşağı salır və xarici borcların şərtlərini sərtləşdirir. 2020-ci ilin avqust ayına görə, Ermənistanın valyuta ehtiyatları 2,6 milyard dollara (qızıl rezervləri mövcud deyil) bərabərdir ki, bu da 3 aylıq idxalı qarşılamaq potensialına malikdir. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın ehtiyatlarının yalnız bir hissəsi likviddir və fövqəladə hallarda orta və uzun müddətli aktivlərin vaxtından əvvəl satışı maliyyə itkilərinə səbəb ola bilər. 

Tədiyə balansının strukturuna əsasən, maliyyə hesabındakı indikatorlar cari hesablar balansındakı dayanıqsız göstəricilərindən fərqlənmir. Ölkədəki biznes mühitinin əlverişsizliyi və inhisarçılıq xarici investorları ehtiyatlı edir. 2020-ci ilin birinci yarım ilinin göstəricilərinə uyğun olaraq, erməni iqtisadiyyatında birbaşa xarici investisiyalar 2018-ci ilin eyni dövrü ilə müqayisədə 115,8 faiz və 2019-ci ilin eyni dövrü ilə müqayisədə isə 9 dəfə azalıb. Beynəlxalq birja əməliyyatlarında iştirakçılıq səviyyəsi aşağı olan Ermənistanda portfel investisiyalarda azalmalar müşahidə olunur. Bu da yüksək ehtimala əsasən, dövlət əhəmiyyətli şirkətlərdəki rusiyalı qeyri-rezidentlərin geri çəkilməsi hesabına baş verir.

Ermənistan Sovetlər İttifaqından ayrılaraq bazar iqtisadiyyatına keçid dövrünü kölgə iqtisadiyyatı səbəbindən tam reallaşdıra bilməyib. Kölgə iqtisadiyyatı şəraitində verilən iqtisadi artım proqnozlarının real həyatda öz əksini tapmadığı real olaraq görünür. Habelə qonşu ölkələrlə münaqişə səbəbindən yüksək bazar dəyəri olan ölkələrə çıxmaq üçün yalnız şimal xəttindən istifadə edən Ermənistan yüksək nəqliyyat xərcinə görə rəqabətli məhsul satışında məğlub olur. Ev təsərrüfatlarının sosial gərginliyinin azaldılması və bank sektorunun ayaqda durmasını pul baratları vasitəsilə təmin etməyə çalışan ölkə daha kəskin münaqişə şəraitində yeni ssenarilərə hazır olmalıdır. Münaqişədən ilk təsirlənən qeyri-rezident və onun sərmayəsidir ki, bu da maliyyə və kapital repatriasiyasını sürətləndirəcək. Beynəlxalq təcrübəyə əsasən, gələcəyə inamın zəiflədiyi, mülkiyyət hüquqlarının pozulduğu, dinc yaşama hüququnun pozulduğu, hökumətlərin pis idarəetməyə meyl etdiyi və ən başlıcası ölkəni müharibəyə sürükləməsi nəticəsində portfel və birbaşa investisiyalar ölkələri tərk edir. Bu da yerli vətəndaşlar arasında işsizlik və yoxsulluq kimi təlatümlər formalaşdırır.

Ermənistanda “əkiz kəsirlər” problemi - tədiyə balansının və icmal büdcənin kəsiri ölkəni yeni borclanma, siyasi müstəqilliyin daha da məhdudlaşdırılması və iqtisadi rıçaqların itirilməsi təhdidləri ilə üzbəüz qoyub. Regional layihələrdən kənarda qalmaqla “dalana dirənən” Ermənistanın bu il sentyabrın 27-də özündən dəfələrlə güclü qonşusu - Azərbaycana qarşı provokasiyalara başlaması iflası sürətləndirir. Siyasi-iqtisadi müstəqilliyini təmin edə bilməyən Ermənistanın Azərbaycanın ərazilərinin 20 faizini işğalda saxlaması və iqtisadi militarizm siyasəti yürütməsi rasional deyil.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib