ERMƏNİSTAN TƏRƏFİ ATƏŞKƏSİ NÖVBƏTİ DƏFƏ POZMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyunun 16-da saat 9.10-dan 9.15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndinin yaxınlığındakı mövqelərindən və saat 19.55-dən 20.10-dək Qazax rayonunun işğal olunmuş adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızıl Hacılı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur. İtki yoxdur.