Ermənistanda COVID-19 xəstələrinin sayı 110 minə çatır
Tbilisi, 10 noyabr, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 108 687 nəfərə yüksəlib. Onların da 1221-i son sutka ərzində COVID-19-a yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyinin xəstəliklərin profilaktikası və onlara nəzarət milli mərkəzi məlumat yayıb.
Bildirilib ki, son sutkada pandemiya qurbanlarının sayı daha 29 nəfər artaraq 1 609 nəfərə çatıb.
Hazırda Ermənistanda 39 min 831 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının və ölüm sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]