Ermənistanın Xarici İşlər Nazirliyi başsız qalıb
Tbilisi, 7 iyun, AZƏRTAC
Ermənistanın xarici işlər nazirinin istefasından sonra müavinlər də vəzifələrini tərk etməyə başlayıblar.
AZƏRTAC xəbər verir ki, bu ölkənin xarici işlər nazirinin bütün müavinləri istefa ərizəsi yazıblar.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, nazir müavinləri istefa ərizələrini ötən həftə müvafiq şəkildə baş nazirin dəftərxanasına göndəriblər.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan, həmçinin müavini Qagik Ğalaçyan və nazirliyin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan mayın 27-də istefa veriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]