Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərzurum Konfransı gələcək Türkiyə Respublikasının təməlini yaradıb

Ərzurum Konfransı gələcək Türkiyə Respublikasının təməlini yaradıb

Ankara, 23 iyul, AZƏRTAC

Türkiyə Respublikasının əsaslarını yaradan Ərzurum Konfransından 102 il ötür. Ötən dövrdə bu konfransın məram və məqsədləri barədə geniş araşdırmalar aparılıb. Alimlər və siyasətçilər birmənalı olaraq ifadə edirlər ki, Ərzurum Konfransı Osmanlı torpaqlarını bölüşdürməyə səy göstərən böyük güclərin mənfur niyyətlərinin qarşısını almaqla bərabər, bölgəyə sülh və əmin-amanlıq gətirib.

AZƏRTAC xəbər verir ki, məhz Ərzurum Konfransı sayəsində qəhrəman türk xalqı Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün ətrafında birləşərək milli-azadlıq mücadiləsinə başladı. Ölkəni bürüyən aclıq və səfalətə baxmayaraq, vətənin azadlığı, yadelli istilaçıların torpaqlardan qovulması hər bir vətəndaşın, hər bir ailənin, kəndin və şəhərin müqəddəs amalına çevrildi. Ərzurum Konfransı türk millətinin öz dövlətindən imtina etməyəcəyi barədə milli iradəni dünyaya nümayiş etdirdi.

1919-cu il iyulun 23-də işə başlayan Ərzurum Konfransı Ərzurum, Sivas, Van, Bitlis, Diyarbakər və Elazığdakı erməni silahlı birləşmələrinin təhlükəsini, eləcə də yunların Trabzon, Rizə, Gümüşhanə, Ordu və Girəsuna olan əsasız iddialarını dəf etmək üçün tədbirlər görmək məqsədilə toplansa da, gələcək Türkiyə Cümhuriyyətinin qurulmasının mübarizə yolları məhz o tədbirdə müəyyən edilib.

Ciddi müzakirələrin aparılması, əsaslı təkliflərin, konkret yol xəritələrinin təqdim olunması ilə 14 gün davam edən Ərzurum Konfransı “milli sərhədlər içində vətən bölünməz bir bütünlükdür, parçalana bilməz”, “hər cür xarici işğal və müdaxilələrə qarşı millət sonadək özünü müdafiə edəcək və dirəşəcək”, “vətəni qorumağı və istiqlalı qazanmağı İstanbul Hökuməti bacarmadığı təqdirdə bu missiyanı gerçəkləşdirmək üçün legitim bir hökumət qurtulacaq”, “bu hökumətin üzvləri milli konfransda seçiləcəklər”, “Milli Məclisin dərhal toplanacaq və hökumət işlərinin Məclis tərəfindən kontrol edilməsini təşkili üçün çalışacaqdır” və digər müddəalar əsasında qərar qəbul edib.

Qeyd edək ki, hələ Birinci Dünya müharibəsindən əvvəl Osmanlı dövləti ərazisində məskunlaşan erməni silahlı birləşmələri vətəndaşı olduqları ölkəyə və dövlətə xəyanət yolu seçərək, yerli türk və müsəlman əhaliyə qarşı amansız cinayətlər törədiblər. Xəyanət və törətdikləri ağır cinayətlər erməni millətçi dairələrini elə həvəsləndirmişdir ki, onlar Anadolunun şərqində yerli əhalini kütləvi şəkildə soyqırımına məruz qoyaraq bu bölgələrin boşaldılacağına və gələcək erməni dövlətinin qurulacağına inanırdılar. Ərzurum Konfransının ən böyük uğurlarından biri Anadolunun şərqindəki erməni quldur birləşmələrinin bəşəri cinayətlərinin qarşısının alınması istiqamətində görüləcək tədbirlər oldu. Yerli əhalini bu istiqamətdə səfərbər etmək üçün real addımların atılmasına başlanıldı. Bütün bunlara baxmayaraq, erməni silahlı birləşmələri ağır cinayətlərini davam etdirməkdə idilər.

O dövrdə erməni millətçilərinin Osmanlı dövlətinə qarşı xəyanət və cinayətləri barədə müəyyən təsəvvür yaratmaq üçün bəzi faktları təqdim edək:

-1989-cu ildə İğdırın Hakmehmet kəndində aparılan qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıqda 51 yerli türkün cəsədi aşkarlanıb. Kənd sakinlərinin məlumatlarında isə bildirilir ki, 102 il əvvəl erməni vandalların törətdikləri həmin qətliamda 83 nəfər xüsusi amansızlıqla öldürülüb;

-Qarsdakı “Ulu” məscidində törədilən soyqırımı cinayəti nəticəsində erməni silahlı birləşmələri aralarında qadın, qoca və uşaqların da olduğu 360 yerli türkü məscidə dolduraraq diri-diri yandırıblar;

-Arxiv sənədləri ilə təsdiq olunur ki, Osmanlı ordusunda xidmət edən erməni əsilli hərbi həkim zəhərli iynə ilə 1915-1916-cı illərdə ən azı 40 türk əsgərini öldürüb. Erməni həkim məhkəmədə cinayətini etiraf edərək əməlindən peşman olmadığını ifadə edib.

Saxta “erməni məsələsi”ndən doğaraq türk xalqına qarşı törədilən erməni cinayətləri o qədər geniş və amansızdır ki, bunlar haqqında sadəcə yuxarıda qeyd etdiyimiz 3 fakt əsasında aydın təsəvvür yaratmaq mümkünsüzdür. Bu müqayisəni aparmaqda məqsədimiz Ərzurum Konfransının gündəliyində mühüm məsələ kimi yer alan erməni silahlı birləşmələrinin davam etdirdikləri cinayətlərin qarşısının alınması barədə qərarın nə qədər mühüm olduğunun izahını verməkdir. Əsasən 1914-cü ildən başlayan erməni cinayətləri 4-5 il sonra Anadolunun şərqində türk-müsəlman əhaliyə qarşı ağır soyqırımı cinayətlərinə çevrildi. Bunu cinayətlərin ən ciddi təsdiqi İğdır, Qars, Ərzurum və digər vilayətlərdə üzə çıxmarılması davam etdirilən kütləvi məzarlıqlardır. Sonra bir mühüm məsələni də qeyd etməliyik ki, nə Anadoluda, nə Qafqazda, nə də İranın Şərqi Azərbaycan vilayəti daxil olmaqla Araz sahili bölgələrində, nə də ki, indiki Ermənistanda ermənilərə aid kütləvi məzarlıq aşkarlanmayıb. Adı çəkilən bölgələrdəki üzə çıxan kütləvi məzarlıqlar türk-müsəlman əhaliyə aiddir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir