Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsgər Abdullayev: Muxtar respublikada əsaslı futbol ənənəsi var

Naxçıvan, 29 iyul, AZƏRTAC

Əslində, onun təqdimata ehtiyacı yoxdur. Çünki Əsgər Abdullayevin adı bu gün bir çoxlarına tanışdır. 15 il Azərbaycan futbolunun flaqmanı hesab edilən “Neftçi”nin formasını geyinən, məşqçi kimi uzun illər ölkənin bir nömrəli komandasını çalışdıran təcrübəli mütəxəssis bundan sonra məşqçilik karyerasını Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Düzdür, bu, onun muxtar respublikaya ilk səfəri deyil. Beş il öncə Birinci Divizionun qalibi olan “Araz-Naxçıvan”ın “sükanı arxası”nda məhz o oturmuşdu. 59 yaşını qeyd edən baş məşqçi AZƏRTAC-ın Naxçıvan bürosuna və Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzetinə müsahibəsində qədim diyarda futbolun inkişafından danışıb.

- Sizi Naxçıvanda, “Araz-Naxçıvan”ın “sükanı arxası”nda yenidən görmək çox xoşdur...

- Təşəkkür edirəm. Əvvəlcə onu qeyd etmək istərdim ki, ikinci dəfə mənə etimad göstərildiyinə görə muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm. Naxçıvan mənim üçün əziz və doğma bir diyardır. Burada “Araz-Naxçıvan”la uğurlara imza atmışam. Harada çalışmağımdan asılı olmayaraq, hər zaman burada mənə göstərilən diqqətin, etimadın həmişə yüksək olduğunu demişəm.

- Futbol Federasiyasında struktur dəyişikliyindən sonra dəvətiniz reallaşdı. Muxtar respublikanın futbolu barədə nə deyə bilərsiniz?

- Bu gün muxtar respublikada futbolun inkişafı üçün hər bir imkan var. Hər zaman mətbuatdan da maraqlanırdım - yeni stadionlar tikilir, yenidən bərpa olunur. Dövlət futbolun inkişafı üçün şərait yaradıb, bunlardan səmərəli istifadə etmək lazımdır. Ən əsası yeni, istedadlı futbolçular yetişdirmək, onları üzə çıxarmaq lazımdır. Çünki muxtar respublikada əsaslı futbol ənənəsi var. İndi vəzifəmiz yeniyetmə və gənclərin futbola marağını artırmaq, onlara bu yolda bilik və bacarıqlarımızı öyrətmək, düzgün istiqamət verməkdir. Federasiyanın keçirdiyi iclasda da dediyim kimi, bunun üçün hamımız bir olub, bizə göstərilən etimadı doğrultmalıyıq.

- Beş il öncə “Araz-Naxçıvan”ı Birinci Divizionun qalibi etdiniz və Naxçıvan futbolunda bir tarix yazdınız...

- Amma mən belə deməzdim. Bu çempionluqda təkcə mənim payım yox idi. Çempionluğumuzun memarları bizə dəstək olan rəhbərimiz və azarkeşlərimiz idi. Həmçinin, bu, futbolçuların, məşqçilər heyətinin və klubda çalışanların əməyinin bəhrəsidir. Hər bir şey yüksək səviyyədə təşkil olunmuşdu və biz də, öz növbəmizdə, çempionluğu bayram etdik. Bu çempionluqda əməyi keçən hər bir kəsə minnətdarlığımı bildirirəm.

- Çempionluqdan artıq 5 mövsüm keçib və yenidən Naxçıvandasınız. Məlum olduğu kimi, həm də Futbol Federasiyasında böyük məşqçi vəzifəsinə təyin olunmusunuz. Qarşıdakı planlarınız nədir?

- Əslində, bu, çətin və məsuliyyətli işdir. Məqsəd muxtar respublikada futbolun inkişafına təkan vermək, kütləviliyə nail olmaqdır. Məşqçilərlə də görüşlərimiz oldu, ayrı-ayrı məşqlərdə iştirak etdik, qarşıdakı günlərdə yenidən məşqlərə baxacağıq. Hamımız bir olsaq, bu işin öhdəsindən tez bir zamanda gələcəyik. Əsas odur ki, Naxçıvanda futbol kütləvi hala gəlsin. Həmçinin keçiriləcək müəyyən yaş qrupları üzrə liqalarda istedadlı uşaqları üzə çıxarıb onlarla individual şəkildə də çalışmaq lazımdır. Artıq görəcəyimiz işlərin planları hazırlanıb və buna əsasən hər həftə digər şəhər və rayon komandalarının məşqçilərini, futbolçularını bura dəvət edib seminarlar təşkil edəcəyik.

Futbol Federasiyası işini planlaşdırılmış şəkildə qurub. Əsas hədəf isə uşaq futboludur. Qarşıdakı 5 illik proqramda da nəzərdə tutulan tədbirlərin böyük əksəriyyəti uşaq futbolunun inkişaf etdirilməsi ilə bağlıdır. Görüləcək bu işlərin qısa zaman kəsiyində öz bəhrəsini verəcəyinə əminəm.

- Sizin də qeyd etdiyiniz kimi, Futbol Federasiyası əsas işini uşaq futbolu üzərində qurub. Beş illik proqrama əsasən qarşıdakı mövsümdə hansı liqalar təşkil olunacaq?

- Futbol Federasiyasının sədri ilə, həmçinin İcraiyyə Komitəsinin üzvləri ilə görüşlərimizdə bunları müzakirə etmişik. Yekun qərara əsasən cari mövsümdən etibarən 10, 11-12 və 13-14 yaşlı futbolçular arasında liqalar təşkil olunacaq. Təbii ki, həmin liqaların hər birinin ayrılıqda əsasnamələri ölkə futbol federasiyasının qaydaları çərçivəsində hazırlanıb. Məqsəd bu liqalarda çıxış edəcək istedadlı futbolçuları müəyyənləşdirmək, onları bir araya toplayıb məşqlər aparmaq və Naxçıvanın əsas komandasını formalaşdırmaqdır. Yəni mövsüm ərzində çempion olacaq komandaya digər istedadlı, özünü yaxşı tərəfdən göstərən futbolçular da qoşulacaq və muxtar respublikanı ölkə birinciliklərində təmsil edəcəklər. Bununla yanaşı, federasiya hakimlərin yetişməsinə böyük önəm verir. Bunun üçün artıq seminarlar da keçirilir və gənc hakimlər cəlb olunur.

- Azərbaycanın futbol tarixində 2-3 tanınmış məşqçidən birisiniz. Səkkiz il ölkənin müəyyən yaş qrupları və əsas yığmasının baş məşqçisi olmusunuz. İndi hər kəsi maraqlandıran bir sual var: Əsgər Abdullayev niyə Naxçıvanı seçdi?

- Naxçıvanı çox sevirəm və onun futbol sahəsinə kömək etmək üçün buranı seçdim. Naxçıvana ilk gəldiyimdə də demişdim ki, burada çıxış edən futbolçularda xarakter var, heç nədən qorxub-çəkinmirlər. Bu isə bir futbolçunun inkişaf etməsi üçün əlavə stimuldur. Sadəcə, onlara taktiki-texniki məşqlər keçib püxtələşdirmək lazımdır. Muxtar respublikaya ilk dəfə gələrkən öz məşqçim Əhməd Ələsgərova zəng etdim və ondan halallıq istədim. O, səbəbini soruşanda dedim ki, Naxçıvana gedirəm və siz orada komandanı zamanında çıxış etdiyi divizionun lideri səviyyəsinə yüksəltmisiniz, azarkeşlər isə bunu unutmayıb. Sizin qədər də olmasa, orada uğur qazanmağa çalışacağam. Gəldim və çempion olduq.

- Hazırda “Araz-Naxçıvan” yerli futbolçulardan təşkil olunub...

- “Araz-Naxçıvan”da əsas məqsəd istedadlı futbolçuları üzə çıxarmaq, Azərbaycan futbolu üçün layiqli naxçıvanlı futbolçular yetişdirməkdir. Əgər belə olarsa, inkişaf tez bir zamanda özünü göstərəcək. Hazırda seleksiya xarakterli məşqlərimiz davam edir. Daha çox yaşı az olan oyunçuları seçməyə çalışırıq. Seçimlər başa çatdıqdan sonra komanda tam olaraq formalaşacaq və təlim-məşq üçün Şərur Olimpiya İdman Kompleksinə yollanacaq. Burada gündə iki dəfə olmaqla, 10 günlük təlim-məşq toplanışı təşkil ediləcək. Avqust ayı ərzində yoldaşlıq görüşləri keçirəcəyik. Bundan sonra komanda yeni mövsümə tam hazır olacaq.

- Naxçıvanın müasir siması haqqında nə deyə bilərsiz?

- Naxçıvana “Neftçi”nin futbolçusu olarkən “Araz”la yoldaşlıq oyununa gəlmişdim. 2013-cü ildə isə “Araz-Naxçıvan”a məşqçi kimi dəvət olundum. Gəlib gördüklərim məni heyrətləndirdi, heç bir yeri tanımadım, hər şey tam dəyişmişdi. Özümü Avropanın hər hansı bir şəhərində hiss etdim. Yenidən bura gəldikdə isə tam fərqli mənzərə ilə qarşılaşdım. Naxçıvan gündən-günə gözəlləşən, müasirləşən bir şəhərdir. Burada özümü çox rahat hiss edirəm.

- Naxçıvan futbol ictimaiyyətinə, azarkeşlərimizə sözünüz...

- Naxçıvan azarkeşləri hər zaman öz komandasının arxasında durub, hər oyunda onu sonadək dəstəkləyiblər. Hətta ötən dövrdə getdiyimiz səfər oyunlarında belə, bizi tək qoymurdular. Bu, futbolçular üçün əlavə gücdür. Muxtar respublika rəhbəri hər zaman idmançıların yanında olur, onlara dəstək verir. Bizə bu etimad göstərilib və bunun öhdəsindən layiqincə gələcəyimizə inanıram. Qısa vaxt kəsiyində Futbol Federasiyasının görəcəyi işlər bəhrəsini verəcəkdir.

- Siz 59 yaşınızı qeyd edirsiniz. Sizi səmimiyyətlə təbrik edirik. Bu özəl gündə özünüzə nə arzu edərdiniz?

- Bu gün Naxçıvanda mənə böyük etimad göstərilib, mən də bu etimadı doğrultmağa çalışacağam. Hər bir insan ad günlərini fərqli şəkildə qeyd edir. Ancaq mən təmtəraqlı doğum günləri keçirməyi sevmirəm. Dahi Nizami Gəncəvinin “Kərpickəsən kişinin dastanı”nda olduğu kimi, mən öz kərpicimi kəsə-kəsə gedirəm (gülür). Əsas məsələ çalışdığım sahədə nailiyyət əldə etməkdir. Hər şeydən öncə işimi sevirəm, qarşıma nə məqsəd qoyulursa, həmin məqsədə çatmağı özümə borc bilirəm. Mənim üçün ən böyük doğum günü hədiyyəsi, ən böyük arzu göstərilən etimadı doğrultmağımdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib