Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsgərimizin yarası hər bir azərbaycanlının yarasıdır

Əsgərimizin yarası hər bir azərbaycanlının yarasıdır

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan yeni hücumu, hərbi təxribatı zamanı yaralanan və Mərkəzi Hərbi Klinik Hospitalda müalicə alan hərbçilərimizlə görüşüb. Sentyabrın son günü baş tutan bu görüş özündə bir sıra başlanğıcları ehtiva edir - torpaqlarımız azad olunur, yeni dönəm başlayır... Sentyabr uğurlu başlanğıclarla öz yerini daha uğurlu nəticələrinə inandığımız oktyabra verir. Məhz ayların bu “təhvil-təslim günü”ndə duyğulu anlar yaşadıq; dövlətimizə bir daha güvəndik, bir daha qürurlandıq! Yeni aya yeni duyğular və dərin inamla daxil olduq. Mən duyğu sözünü təsadüfən işlətmirəm. Hind mütəfəkkir, dövlət xadimi Mahatma Qandinin sözlərini xatırlatmaq istərdim: “Duyğularınıza diqqət edin - düşüncənizə çevrilir, düşüncənizə diqqət edin - fikrinizə çevrilir, fikrinizə diqqət edin - nitqinizə çevrilir, nitqinizə diqqət edin - hərəkətinizə çevrilir, hərəkətinizə diqqət edin - xarakterinizə çevrilir, xarakterinizə diqqət edin - o sizin taleyinizə çevrilir”! Qarabağ bizim taleyimizdir. Zamanında məcburən Qarabağdan çəkiləndə də Qarabağ bizdən çəkilmədi - ruhumuza hakim oldu. İndi özümüzün olana dönürük, bizim olanı almağa gedirik. Müzəffər şəkildə gedirik, inamla irəliləyirik. Duyğuyla getdiyimiz, düşüncəsini yaratdığımız, fikrən təmin etdiyimiz və nəhayətdə hərəkətə keçdiyimiz müqəddəs yolda həm bizim xarakterimiz doğulur, həm o yol özü xarakterimizin müəyyənləşdirdiyi yol olur. Xaraktersiz mübarizə tarixçəsinə malik olan, əsilsiz savaş aparan Ermənistan ilə heç zaman Qarabağı öz taleyinə çevirə bilmədi. Onsuz da bu, mümkün də deyildi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Deputat deyib: “Prezident İlham Əliyevin yaralı hərbçilərimizlə səmimi söhbəti, Mehriban xanımın gözyaşlarına hakim ola bilməməsi 30 sentyabr görüşünün özünəməxsus estetikasıydı, özəlliyi və gözəlliyiydi.

“Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız.

Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”. Bunlar dövlətimizin başçısının sözləridir. Bu sözlər Azərbaycan Respublikasının haqq işinin dəqiq ifadəsidir. Bu sözlər gənclərimizin ön cəbhədə apardığı mübarizənin tarixi-ideoloji əsaslarını və əlbəttə, sabaha baxışının əsaslarını ifadə edir. Onu ifadə edir ki, peşəkar ordumuz var.

Bəli, biz öz doğma torpağımızda vuruşuruq, əsgərlərimiz xilaskarlıq missiyasını yerinə yetirir. Bəs, bizim əsgərlərin qarşısındakı kimdir? İşğalçı erməni əsgərləri - məhz işğalçı və məhz onlara aid olmayan torpaqlarda mənasız xidmət keçən əsgərlər! İşin mənəvi, psixoloji, ideoloji və tarixi tərəfləri öz yerində; əsas sual: “Ard-arda xarici dövlətlərə, beynəlxalq təşkilatlara üz tutan Ermənistanın silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazilərində hansı hüquqla mövcuddur? Ermənistan hansı beynəlxalq konvensiyanın müddəaları əsasında burada hərbi xidmətkeçmə təşkil edir?! Yoxsa, bizimlə onların arasında müqaviləmi var - onlardan xahişmi etmişik, üzərimizə öhdəlikmi götürmüşük ki, amandır, bizim ərazidə ordu saxlayın?! Bu cavabı özündə suallara qarşı Ermənistanın əsla və əsla cavabı, izahı ola bilməz! Onların qondarma “Dağlıq Qarabağ respublikası” kimi qələmə verdikləri separatçı, xunta rejimini isə hətta özləri belə tanıya bilməyəcək qədər zavallıdırlarsa, qarşılarında bir seçim var. O seçimin formulunu Azərbaycan Prezidenti dəqiq göstərib: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.

...30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti!

...Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki erməni xalqının bədbəxtliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib. O rejim ki, ancaq öz şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur.

...Bizim işimiz haqq işidir, tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət 100 faiz bizim tərəfimizdədir”.

Ermənistan əvvəlki xəbərdarlıqlardan, “peşman olacaqsız!” sözlərindən düzgün nəticə çıxarmadı, əvəzində, bu gün Qarabağdakı Ermənistan qoşun birləşmələrinin başına od ələnir, peşman olmaqdadırlar. Lakin necə ki, çox gec deyil, daha böyük peşmançılıqdan qaçmaq istəyirlərsə, ədalətli sülhün alternativi olmadığını qəbul etməlidirlər. Dərhal ağ bayraq qaldırsalar, üzr istəsələr, Xocalı soyqırımının günahkarlarını ədalət mühakiməsinə təhvil vermə öhdəliyi götürsələr, bəlkə nicat taparlar. Hər mənasız dirəniş, sülh üçün itirilən hər gün onları “Qeyd-şərtsiz təslim aktı”na qol çəkməyə bir o qədər yaxınlaşdırır.

Ermənistan xalqı özünə, onları öz siyasi ambisiyalarının girovuna çevirən, işğalçı zehniyyətdən ciddi əziyyət çəkən, Azərbaycana ağılalmaz “7 şərt” irəli sürən bir baş nazir deyil, ədalətli sülhün gərəyini yerinə yetirə bilən rəhbər seçə bilməlidir. Bununla, ilk növbədə, özlərini girdabdan çıxarmış olarlar, bununla beynəlxalq hüquq normalarının bərqərar olmasına yol açılar, Qafqazlar rahat nəfəs alar...

Prezident İlham Əliyevin yaralı hərbçilərlə görüşü bir daha göstərdi ki, yaralı əsgərlərimizin yarası hər bizimizin yarasıdır, peşəkar ordumuz var, hərbçilərimiz vətənpərvərdir, onların yüksək döyüş ruhu, qələbə əzmkarlığı var, şəhidlərimiz baş tacımızdır, hərbçilərimiz şəhidlik şərbəti içməyə də, şəhidlərin qanını yerdə qoymamağa hazır və qadirdir, müzəffər əsgərlərimiz yeniyetmə və gənclərimiz üçün örnəkdir.

Fikirlərimi burada yekunlaşdırarkən, yenə də dövlətimizin başçımızın yaralı hərbçilərimizlə görüşdə dediyi duyğulu sözlərə qayıtmaq istərdim:

“Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib.

Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu sözlər özünə hansısa əlavə, şərh yox, qəbul istər!

Sözünüz sözümüzdür, cənab Prezident!

Cənab Ali Baş Komandan, yolunuz yolumuzdur!

Dövlətimiz var olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür - ŞƏRH

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib

WSJ: ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı Körfəz ölkələrini xəbərdar edib

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda Soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib