Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eşqi Bağırov: Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin tətbiqi başlıca hədəflərimizdən biridir MÜSAHİBƏ

Eşqi Bağırov: Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin tətbiqi başlıca hədəflərimizdən biridir  MÜSAHİBƏ

Bakı, 22 noyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun AZƏRTAC-a müsahibəsi

- Eşqi müəllim, məktəbəqədər təhsil müəssisələri yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu dəyişiklikdən sonra ictimaiyyət nazirliyin işə nədən başlayacağını, hansı islahatları aparacağını çox diqqətlə izləməyə başladı. Bu sahənin idarə edilməsində ayrıca agentliyin yaradılmasına, sizcə, ehtiyac var idimi?

- Bilirsiniz, icra qurumu və siyasəti müəyyən edən qurum arasında fərq vardır. Agentliyin yaranmasında məqsəd daha çevik və səmərəli icra və nəzarəti təmin etməkdir. Müasir dövrdə hər şey çox sürətlə dəyişir. Məqsədə, hədəf auditoriyasına daha tez, daha qısa və daha effektli yollarla çatmaq indi prioritetə çevrilib. Bunun üçün alətlər də təkmilləşib, imkanlar da genişlənib. Texnoloji yeniliklər sayəsində bütün münasibətlər, həmçinin idarəetmə mexanizmi də yeni müstəviyə keçib. Bu sahədə idarəetmə sisteminin səmərəliliyinin təmin edilməsinə nail olmaq üçün bu addım atılıb.

-Məqsədləriniz arasında ən başda nə gəlir. Hansı vacib istiqamətləri önə çıxarmısınız?

- Əlbəttə ki, bu istiqamətdə atacağımız bütün addımlar, ilk növbədə, birmənalı şəkildə, inkişaf edən Azərbaycan üçün gələcəkdə keyfiyyətli insan kapitalının formalaşdırılmasına töhfə verməkdir. Cəmiyyət üçün keyfiyyətli, faydalı şəxsin formalaşmasının təməli məhz məktəbəqədər təhsil müəssisəsindən başlayır. Təməlin düzgün qoyulması bu gün üçün çox aktual məsələdir. Təbii ki, bununla yanaşı, hədəfimiz ölkəmizdə olan bütün məktəbəqədər və ümumtəhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək, əlaqələndirmək və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirməkdir.

- İctimaiyyət agentliyin yaradılması barədə məlumatlıdır. Əməli fəaliyyətə nə vaxt başlanılacaq? Bunun üçün lazım olan mexanizm qurulubmu?

- Elm və təhsil nazirinin əmri ilə struktur artıq təsdiq edilib və tam fəaliyyətə başladığımızı deyə bilərik. Müvafiq sahələrdə işlərin funksional istiqamətdə qurulması və təkmilləşdirilməsi aparılır ki, bunlar da yaxın zamanda tamamlanacaq.

- Bundan sonra bağça və məktəblərlə bağlı bütün işlərə məsul məhz agentlik olacaq, yoxsa bu işlər hansısa şəkildə Elm və Təhsil Nazirliyi ilə bölüşdürüləcək?

- Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq sahələrdə Elm və Təhsil Nazirliyinin əsas icra strukturu kimi fəaliyyət göstərəcək. Nazirliyin bir sıra icra funksiyaları əks-mərkəzləşdirmə prinsipinə uyğun olaraq, bəlli qaydada, agentliyə ötürüləcək. Məsələn, məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri, uşaq gənclər inkişaf mərkəzləri, internat tipli müəssisələrin əlaqələndirilməsi, idarə olunması və təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarəti agentlik olaraq biz həyata keçirəcəyik. Vətəndaş müraciətlərinin araşdırılması və baxılması da agentliyin işidir. Həmçinin uşaqların və şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarəti bizim vəzifəmizdir. Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin - direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyası da bundan sonra agentliyin fəaliyyət dairəsinə daxildir.

- Sadaladığınız vəzifələr ictimaiyyətin həmişə müzakirə etdiyi, diqqətdə saxladığı sahələrdir. Hədəfə çatmaq üçün agentlik, yəqin ki, öz strategiyasını da müəyyənləşdirib.

- Əvvəldə qeyd etdiyim kimi, təhsil hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait yaradır, onu layiqli vətəndaşa çevirir. Bizim üçün əsas hədəflərdən biri və başlıcası budur. Bunu reallaşdırmaq üçün biz də “Azərbaycan 2030: sosial - iqtisadi inkişafa dair milli prioritetlər”ə və Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına söykənərək yaxın və uzaq hədəflərimizi müəyyənləşdirmişik. Bunun əsasında da agentliyin növbəti il üçün fəaliyyət planı olacaq.

- Məsələn?

- Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, təhsilverənlərin peşəkar inkişafı, vətəndaş məmnuniyyətinin artırılması, həm məktəbəqədər, həm də ümumi təhsil üzrə göstərilən xidmətlərdə əlçatanlığın təmin olunması, təhsil müəssisələrinə nəzarətin təmin edilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin tətbiqi başlıca hədəflərimizdir.

- Məktəblərdə islahatların aparılması, yeni yanaşmaların tətbiqi öz yerində. Bəs vətəndaş məmnunluğu agentliyin nə dərəcədə marağında olan məsələdir?

- Qeyd etdiyim kimi, atacağımız addımların hər biri həm də vətəndaş məmnunluğunun təmin olunmasına hesablanıb. Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi də əsas hədəflərimizdəndir. Biz icma-məktəb münasibətlərinin tənzimlənməsinə, valideyn-məktəb münasibətlərinin daha düzgün şəkildə formalaşmasına nail olmaq istəyirik. Bu istiqamətlərin hər biri 2024-cü il üçün də fəaliyyət planımızda əsas strateji məqsədlər içərisində nəzərdə tutulub.

- Bu, sizin işin, bəlkə də, ən çətin istiqamətlərindən biri olacaq. Buna nail olmaq üçün hansı üsul və metodlara üstünlük verəcəksiniz? İşi necə qurmağı düşünürsünüz?

- Buna, ilk növbədə, vətəndaş üçün əlçatan olmaq, çevik və operativ qərarlar verməklə nail olacağımızı düşünürük. Ən vacib məsələlərdən biri olan təhsilalanların sağlam-psixoloji inkişafı və təlim-tərbiyəsinə, təhsilverənlər arasında etik davranış qaydalarına nəzarət etmək və onların peşəkar inkişafına dəstək verməklə. Bundan da vacibi, bütün bu mexanizmdə, proseslərdə təhsilverənlərin və valideynlərin rolunu artırmaqla bu işi həyata keçirə biləcəyimizə inanıram.

- Agentliyin fəaliyyətini diqqətlə izləyəcəyik. Sizə uğurlar arzulayıram. Müsahibə üçün isə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dördüncü aydır dünya bazarında neftin qiyməti artmaqda davam edir

İşğaldan azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılıb

AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub

Şirvanşahlar Sarayında “Sayrışan simvollar” sərgisi təqdim olunur

“Gazprom”: Avropada qazın qiyməti 2500 dollara yüksələ bilər

Azərbaycan millisinin baş məşqçisi: Daha yaxşı nəticəyə ümid edirdik

Ağdam, Füzuli və Xocavənd rayonlarında 4041 ailə olmaqla, 15 min 933 nəfər sakin yaşayır

Ulu Öndər azərbaycançılığı müstəqil dövlətin ideoloji təməlinə çevirib ŞƏRH

Siqnaxidə Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Efiopiyada PUA hücumu nəticəsində 16 nəfər həlak olub

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb

Aydan Salahova: Qız qalası əfsanəsinin faciəvi sonluğu layihənin başlanğıc nöqtəsini təşkil edir

Deputat: Azərbaycan İslam dünyasında humanitar əməkdaşlığın genişlənməsinə töhfə verir

“Yaralılar yenidən ön xəttə can atırdı” - Hərbi feldşerin döyüş xatirələri

Tahir Süleymanov: Dünya çempionatı Azərbaycan futbolu üçün böyük əhəmiyyətə malikdir

Şərqi Zəngəzurda yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb

İrakli Kobaxidze: Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir

İşğaldan azad edilmiş ərazilərdə 610 hektar meşə fondu sahəsində əkin və səpin işləri aparılıb

Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Gennadi Xazanov Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Dinc sakinlər Alyoşki şəhərindən təxliyə edilir

Azərbaycançılıq ideologiyası xalqımızın milli birliyinin və dövlət müstəqilliyinin ideoloji əsaslarındandır - ŞƏRH

Sabah hava əsasən yağmursuz olacaq

Hörmüz boğazında tankerdə partlayışdan sonra yanğın baş verib

2026-cı ilin III rübündə bp şirkətinin xalis mənfəəti 300 faiz artıb

Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız qalası” adlı fərdi sərgisi açılıb

Azərbaycan millisi dünya çempionatında sonuncu oyununu keçirib

Vətən müharibəsi şəhidi Rəşad Quliyevin ailəsi ziyarət edilib

Xəzərdən keçən fiber-optik kabel xətti Azərbaycanın rəqəmsal tranzit imkanlarını genişləndirəcək RƏY

Xorvatiyanın sabiq prezidentinin xanımı Ədəbiyyat Muzeyində olub

Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub

Baş prokuror Kamerunun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb

Tehran BƏƏ və Kanadanın İrana qarşı ərazi iddiaları ilə bağlı birgə bəyanatını pisləyib

Qazaxıstanda Kurık limanının Avropa ilə Asiyanın nəqliyyat əlaqələrinin inkişafında rolu müzakirə edilib

Bakıdakı dünya çempionatında E və F yolunun qalibləri müəyyənləşib

Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub

Hepatit B və C tam müalicə olunurmu? – Mütəxəssis açıqlayır

Ağdamda Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilir

Hekayəsi Zəfər: ADPU-da qazi tələbələrlə görüş təşkil olunub

Kiberinsident: Ən böyük kriptobirjadan 6,3 milyard dollar oğurlanıb

Azərbaycan Kubokunda yeni rekord qeydə alınıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Beynəlxalq təhlükəsizlik sisteminin etibarlılığı qəbul edilmiş qərarların icrasına verilən təminatla ölçülür - ŞƏRH

Azərbaycan Kuboku: 18 oyunda 107 qol vurulub

® Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır

Qərbi Azərbaycanda tarixi abidələrimiz - İrəvan qalası

“Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib

BMT: Qışda 9 milyon insan əlavə humanitar yardıma ehtiyac duyacaq

Professor Nazim Əfəndiyevin anadan olmasının 100 illik yubileyi qeyd edilib

Əli Əsədov: Ümid edirik yaxın vaxtlarda Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinə başlanacaq

İdman tarixində bu gün: Dieqo Maradona 37 yaşında karyerasını bitirib

Professor: İT təhsilinin gələcəyi auditoriyadan real texnoloji layihələrə keçir - ŞƏRH

İrəvanın tarixinə dair iki kitab ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib VİDEO

İrəvanın tarixinə dair iki kitab ABŞ Konqres Kitabxanasının kataloquna daxil edilib VİDEO

Nazir: Ərzaqlıq buğda istehsalı bir ildə 126 min tondan 170 min tondan çoxa yüksəlib VİDEO

Nazir: Ərzaqlıq buğda istehsalı bir ildə 126 min tondan 170 min tondan çoxa yüksəlib VİDEO

Beynəlxalq konqresdə Azərbaycan Milli Kitabxanasının rəqəmsal fəaliyyəti təqdim edilib

İrakli Kobaxidze: Enerji sahəsində əməkdaşlıq strateji münasibətlərin mühüm istiqamətlərindən biridir

Rusiya səmasında mindən çox dron vurulub

Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb VİDEO

Məcnun Məmmədov: Müasir suvarma sistemləri ilə əhatə olunan sahələr 155 min hektarı ötüb VİDEO

Əli Əsədov: Birgə meqaenerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Filippində Mayon vulkanı püskürüb

Qətər vasitəçiləri ABŞ-İran razılaşmasını müzakirə etmək üçün Tehrandadırlar

Parlament Əmək Məcəlləsində dəyişikliyi təsdiqləyib

BMU məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub

İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığı strateji tərəfdaşlığın əsas sütunlarındandır

Baş prokuror Abşeronda vətəndaşların müraciətlərini dinləyəcək

Tarixi nəticəyə imza atan cüdoçu: İstəyirəm uğurum digər qızlarımıza da motivasiya olsun - MÜSAHİBƏ

Kriptovalyuta bazarında “Binance” gərginliyi: 2,54 milyard dollarlıq aktiv dondurulub

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir: Milli Məclis təsdiqlədi

Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO

Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib VİDEO

Əli Əsədov: Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetdir

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

“Reuters”: Pentaqon bəzi Avropa ölkələrindən Rusiya əleyhinə ritorikanı yumşaltmağı xahiş edib

Əli Əsədov: Doqquz ayda Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi 42 faiz artaraq 1 milyard dollara yaxınlaşıb

Azərbaycanda minatəmizləmə fəaliyyətinə Slovakiyanın mümkün dəstəyi müzakirə edilib

AzTU tədqiqat universitetinə çevrilir: əsas hədəflər və strateji prioritetlər müəyyənləşib

Lətif Qasımov: Aqrar sahənin rəqəmsallaşdırılması və müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığı artıracaq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Astarada tezyetişən naringinin yığımı aparılır – Qiymətlər 50 qəpikdən başlayır VİDEO

Astarada tezyetişən naringinin yığımı aparılır – Qiymətlər 50 qəpikdən başlayır VİDEO

Deputat: Kənd təsərrüfatı işçilərinin əməyi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

“Təcrübəlilər öyrədir”: DİA-nın rektoru dövlət idarəçiliyində innovativ texnologiyaların tətbiqindən danışıb

Bakıətrafı dəmir yolu xətlərinin bərpası 2030-cu ilədək başa çatdırılacaq

Məcnun Məmmədov: Qarabağ və Şərqi Zəngəzurdakı müasir təsərrüfatlar yeni imkanlar yaradır

Neft qiymətləri ardıcıl 4-cü aylıq artıma hazırlaşır

® Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

ABŞ Fransadakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib

Afrika Millətlər Kuboku iki ildən bir keçiriləcək

MEK-də Xaqani Şirvani irsinə dair elmi seminar təşkil edilib

Türk dünyasının tətbiqi sənəti Daşkənddə beynəlxalq konfransda təhlil olunub

Yeni Suraxanı-Hövsan dəmir yolu xətti şəhər mərkəzinə nəqliyyat əlçatanlığını artıracaq VİDEO

Yeni Suraxanı-Hövsan dəmir yolu xətti şəhər mərkəzinə nəqliyyat əlçatanlığını artıracaq VİDEO

® İpoteka müraciətləri “SİMA İmza”nın üztanıma texnologiyası ilə təsdiqlənəcək

Ötən gün 39 cinayətin açılması təmin olunub

Milli Kitabxanada siyasi repressiya qurbanlarının xatirəsinə həsr olunmuş sərgi açılıb

Nazir: Doqquz ayda 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib

Mifoloji və klassik ədəbiyyat prizmasından Novruz - elmi seminar

Yol qəzasından sonra tərəflər barışdı, məhkəmə cinayət işinə xitam verdi

“Qalatasaray” – “Fənərbağça” derbisinin cəzaları açıqlanıb

Azərbaycançılıq ideologiyası milli birliyin və dövlətçiliyimizin möhkəm təməlidir ŞƏRH

“Bitcoin”in qiyməti 78 min dollara enib

Alimlər Malidə tapılan 4,1 milyard il əvvələ aid Mars meteoritini tədqiq ediblər