Azərbaycan Dövlət İnformasiya Agentliyi

ESTONİYA PREZİDENTİ TOOMAS HENDRİK İLVESİN ÇIXIŞI

ESTONİYA PREZİDENTİ TOOMAS HENDRİK İLVESİN ÇIXIŞI

-Hörmətli Prezident Əliyev!

Hörmətli nazirlər!

Əziz dostlar!

Çıxışıma belə bir səmimi qəbulun təşkilinə və bizi qəbul etdiyinizə görə minnətdarlıq sözləri ilə başlamaq istərdim.

Artıq dediyim kimi, mən Azərbaycana ikinci dəfədir səfər edirəm. Bundan əvvəl, 2000-ci ildə ölkənizə xarici işlər naziri kimi gəlmişdim. Prezidentə dediyim kimi, biz yalnız iki məkanı tanıya bildik: Xəzər dənizi və Qız qalası. Yəni, bütün qalan şeylər tamamilə dəyişibdir. Bu, bizə çox xoş təəssürat bağışlayır. Ona görə ki, mənim ölkəmdə də xeyli dəyişikliklər baş veribdir. 200 il bundan öncə biz xalq mahnımızda oxuyardıq: “Bizim nə qızılımız, nə də ki, gümüşümüz var. Torpaqdan başqa heç nəyimiz yoxdur”. İndi isə deyə bilərik, bizim neftimiz və qazımız yoxdur, lakin yaxşı bacarıqlı insanlarımız var.

Həqiqətən, Estoniyada nə qaz, nə də ki, neft hasil olunur. Lakin nümayəndə heyətlərinin bir araya gəlməsi bir çox maraqlı fikirlərin üzə çıxmasına imkan yaradır. Bu şəxslər, həqiqətən, yaradıcı düşüncəyə malikdirlər. Müasirləşmə və inkişafa gəldikdə, artıq qeyd etdiyim kimi, biz telekommunikasiyalar sahəsində bir çox həll variantlarına malikik. Ola bilsin ki, Estoniyanın hüdudlarından kənarda estonların ən məhşur innovasiyası Skayp telefonlarıdır. Bu, estonların informasiya texnologiyaları sahəsində yeganə ixtirası deyildir.

Lakin demək istəyirəm ki, informasiya texnologiyaları sahəsi ikitərəflidir, yəni burada istifadəçilərin vərdişləri vacib hesab olunur. Məsələn, biz NATO-nun ən yüksək kompyuter standartları mərkəzinə çevrilmişik. Çünki siz informasiya texnologiyalarından nəinki insanlarla əlaqə saxlamaq, o cümlədən bəzi hallarda hücum etmək üçün də istifadə edə bilərsiniz. Bu məsələlərin həlli sayəsində böyük nailiyyətlərimizi görən NATO ölkəmizi aparıcı məkan kimi seçibdir. NATO-nun Kompyuter Mərkəzi Estoniyada yerləşir. Bir sözlə, biz informasiya texnologiyaları sahəsinə xüsusi önəm verdik və onlardan inkişaf və artım vasitəsi kimi istifadə etmək qərarına gəldik. İnformasiya texnologiyalarını nəinki iqtisadiyyatın ayrılmaz bir hissəsinə, o cümlədən dövlət idarəçiliyinin tərkib elementinə çevirdik. Bütün bunlar dövlət idarəçiliyinin rəvan, sürətli və şəffaf formada həyata keçirilməsi məqsədinə xidmət edir.

Zənnimcə, bu, bizim uğurlarımızı şərtləndirən əsas amillərdən biridir. Bütün ixtiralarımızı özümüz etmişik, yəni bu sahədə dərsliklər də yoxdur. Lakin apardığımız işlər gözəçarpan nəticələr veribdir. Məsələn, “ekspat” adlı məlumatların mübadiləsi sistemi sahəsində tanınmış tərtibatçılarımızdan bəziləri burada əyləşiblər. Yəni vergi, polis, seçki məsələlərinə aid bütün işlər tam şəkildə kompyuterləşdirilibdir. Məsələn, Estoniyanın şəxsiyyət vəsiqələrində məlumat kartı yerləşdirilibdir. Həmin kart vasitəsilə səs verə, vergi və ya səhiyyə sahəsində sizə aid olan qovluqlara daxil ola bilərsiniz. Belə şəxsiyyət vəsiqəsini ölkəmizdə istənilən səhiyyə işçisinə təqdim etdikdə, həkim sizin əvvəlki müayinələriniz barədə dərhal məlumat əldə edə bilər. Bütün bunları biz özümüz yaratmışıq. Bu gün bir çoxları elektron cəmiyyət terminindən istifadə edir. Biz isə Estoniyada ölkəmizi “E-Estoniya” adlandırırıq. Ümidvarıq ki, həmin təcrübəmizi digər ölkələrlə, o cümlədən Azərbaycanla da bölüşə bilərik.

Kompyuterləşdirilmiş dövlət xidmətlərinin faydalı olduğunu görən eston şirkətləri elektron idarəçilik laboratoriyası yaradıblar.

Bu laboratoriyanın əsasını elektron məlumatların təhlükəsiz qaydada mübadiləsini təmin edən “ekspat” sistemi təşkil edir. Bu sistemi özəl şirkətlər dövlət qurumları üçün yaradıbdır. Hökumət xidmətləri bütün ölkələrdə vacibdir. Məsələn, polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi. Günlərin birində, hələ prezident olmazdan öncə meşəyə dincəlməyə getmişdim. Birdən yol polisi əməkdaşı yaxınlaşıb bildirdi ki, mənim maşınım texniki baxışdan keçməyibdir. Mən ondan soruşdum: siz bunu haradan bildiniz? O dedi ki, kompyuter vasitəsilə. Mən təəccüblə soruşdum: Burada, meşədə? O, isə cavab verdi ki, biz şəbəkə vasitəsilə bütün qurumlarla bağlantıdayıq.

Bütün bu kimi nailiyyətlər ölkəmizdə işlərin daha səmərəli şəkildə qurulmasına xidmət edir. Beləliklə, dövlət və özəl sektorun nümayəndələri, banklar, sığorta və kommunal xidmət şirkətləri həmin “ekspat” sistemi ilə bir araya gətirilibdir. Hökumət, onun müxtəlif xidmətləri, səhiyyə sektoru əlaqəli şəkildə işləyir. Biz 100-ə yaxın dövlət məlumat bazası yaratmışıq. Ölkəmizin kiçik olmasına baxmayaraq, çox ədalətli idarəçilik sisteminin qurulmasına nail olmuşuq. Bu, o deməkdir ki, dəftərxana və sənədləşmə işlərinin aparılması üçün əlavə işçi qüvvəsinə də ehtiyac duyulmur. Fikrimcə, bu, təklif edə biləcəyimiz ən cəlbedici ideyamızdır. Bunu məhsul kimi digər ölkələrə təqdim edə bilərik.

Bir sözlə, demək istəyirəm ki, ölkəmiz informasiya texnologiyalarına meyillidir. Bizim üçün qalan yeganə iş neft və qazın rəqəmsal formata salınmasıdır. Bunu hələ etməmişik. Əgər bunu edə bilsək, ideal əməkdaşlıq qura bilərik. Çünki neft və qazı elektron formatda internet vasitəsilə nəql edə biləcəyik.

Ümid edirəm ki, biz şirkətlərimizi bir araya gətirəcəyik. Bugünkü tədbirin də məqsədi məhz bundan ibarətdir. Mən hamıya müraciət edərək, həm Azərbaycan, həm Estoniya tərəfini bir-biri ilə müştəri və ya tərəfdaş qismində danışıqlar aparmağa çağırıram. Məhz bu yolla kiçik ölkələrimiz, rəqabətə baxmayaraq, daha sıx şəkildə inteqrasiya edəcəkdir. Belə olan halda, üzləşdiyimiz kinli siyasi mühitə baxmayaraq, əməkdaşlığımız daha da genişlənəcəkdir.

Cənab Prezident! Tədbir iştirakçılarını bir araya gətirdiyinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Səfər uğurla keçir. Biz bunu elə belə də zənn edirdik. Hətta deyərdim ki, zənn etdiyimizdən də yaxşıdır, çünki bundan sonra görüləcək işlər çoxdur.

Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır

“Sabah”ın sabiq futbolçusu: Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub

Tramp və Zelenski Parisdə görüşüblər

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb

® İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub

Selim Güven: Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

"Neftçi"nin sabiq baş məşqçisi: Murad Məmmədov gələcəkdə lider futbolçu ola bilər

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir