“EurActiv” portalı cəbhə bölgəsindəki vəziyyətdən yazır
Brüssel, 7 aprel, AZƏRTAC
“EurActiv” xəbər portalında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı “Ermənistanla Azərbaycan arasındakı müharibə Avropa İttifaqına böyük risklər yaradır” adlı məqalə yayılıb.
Məqalədə son günlər cəbhə xəttində baş verən qarşıdurmalar barədə məlumat verən müəllifin fikrincə, Avropa İttifaqı regionda vəziyyəti dəyişdirmək və özünün təhlükəsizlik maraqlarını təmin etmək üçün mühüm rol oynaya bilər. Müəllif belə bir sual verir: “Bu vəziyyətə necə gəlib çıxmışıq və regionda davamlı sülhə nail olmaq üçün hansı konstruktiv addımlar ata bilərik?” O qeyd edir ki, necə başlamasından asılı olmayaraq müharibənin bu günədək vurduğu ziyanın miqyası çox böyükdür. Müharibə region üçün də çox böyük təhdiddir.
Müəllif qaçqın və məcburi köçkünlərin geri qaytarılmasını, ərazi bütövlüyü məsələsinə hörmət edilməsini, işğal olunmuş ətraf rayonlarla bağlı məsələlərin həll edilməsini mütləq şərtlər hesab edir.
Məqalədə bildirilir ki, ATƏT-in Minsk qrupu öz uğursuzluqlarını etiraf etməli, strategiyasını yenidən nəzərdən keçirməli və bu istiqamətdə Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etməlidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]