Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Eurovision-2011” mahnı müsabiqəsindəki qələbə bütün Azərbaycanın uğurudur

Mayın ortalarında, tarixçilərin dili ilə desək, Köhnə dünyanın (hərçənd, bu ifadənin özündə aşkar bir yanlışlıq var, çünki əslində, Qoca Şərqin tarixi daha qədimdir), yəni Avropanın hər yerində günün əsas hadisəsinin - Almaniyanın Düsseldorf şəhərində keçirilən növbəti 56-cı “Eurovision” mahnı müsabiqəsinin olduğunu desək, yəqin ki, yanılmarıq.

Təmsilçiləri yarışmanın final mərhələsinə çıxmış bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da qocalı-cavanlı milyonlarla insan həmin gün, əgər yerli vaxtı da nəzərə alsaq, gecədən xeyli keçmiş televizorların ekranlarından gözlərini çəkmir, bu möhtəşəm şounun necə nəticələnəcəyini səbirsizliklə və çox böyük həyəcanla gözləyirdi.

Nəhayət, yarışma başa çatdı, qitənin hər yerindən gələn səslər hesablandıqdan sonra “Eurovision-2011”-in qalibi bəlli oldu. Bunlar Azərbaycan təmsilçiləri Eldar və Nigar idi. Bu, həm gözlənilməz, bəlkə də kimlərdəsə şok vəziyyəti yaradan hadisə, həm də gözlənilən qələbə idi. Azərbaycanı hələ də yaxından tanımayan, xalqımızın istedadına, qədim və zəngin mədəniyyətinə bələd olmayan insanlar üçün bu qələbə şübhəsiz ki, gözlənilməz oldu. Lakin bunun özü də bizim xeyrimizə, Azərbaycanın xeyrinə idi. Ölkəmizin təmsilçilərinin belə bir nüfuzlu müsabiqədəki uğuru həmin insanlarda da istər-istəməz Azərbaycana qarşı maraq oyatmamış deyildi.

Azərbaycanın adı birdən-birə Avropanın (özü də təkcə onun yox) ən nüfuzlu qəzetlərinin birinci səhifələrində, televiziya kanallarının xəbər buraxılışlarında günün əsas hadisəsi kimi yer almışdı. Mahnı müsabiqəsinin finalının ertəsi günü səhər artıq bütün Avropa Azərbaycan haqqında danışırdı. Odlar diyarı siyasətçilərin və teleaparıcıların dillərinin əzbəri olmuşdu. Adi insanlar kompyuterdə axtarış sistemlərinə “Azərbaycan” sözünü daxil edərək, bu ölkə haqqında daha çox, yaxud heç olmasa, nə isə öyrənməyə çalışırdılar.

İlk şok adi marağa, bu isə daha dərin marağa çevrildi və nəhayət, praqmatik bir sual doğurdu: gənc müstəqil Azərbaycan heç də asan olmayan bir işin - növbəti müsabiqənin təşkil edilməsi və keçirilməsinin öhdəsindən gələ biləcəkmi? KİV-də bu mövzuda ilk məqalələr dərc edilmişdir. Onların məzmunu çox müxtəlifdir: tam heyranlıq, səmimi, xeyirxah münasibət, izahedilməz həsəd, qıcıqlandırıcı, hətta təhrikçi xarakterli mövqelər müşahidə olunur. Bəziləri birdən-birə xatırlamışlar ki, Azərbaycan ənənəvi müsəlman ölkəsidir. Digərləri sanki qəflətən “yuxudan ayılmış” və çaşıb qalmışlar: necə olmuşdur ki, bu “qeyri-Avropa ölkəsi” Avropa mahnı müsabiqəsində iştirak edir? Belələrinin coğrafiyadan xəbərsiz olduqlarını söyləmək yəqin ki, sadəlövhlük olardı. Çünki bu cür muzdlu yazarlar coğrafiyanı çoxlarından qat-qat yaxşı bilirlər. Üstəlik, Azərbaycan bu mahnı müsabiqəsində ötən illərdə də üç dəfə iştirak etmiş və onun Avropa ölkəsi olub-olmaması məsələsini heç kim ortaya atmamışdı. Belə çıxır ki, Azərbaycanın həmin müsabiqədə iştirak etməsini nəhayət “görmək” və belə bir yersiz sual ortaya atmaq üçün hökmən ölkəmizin təmsilçiləri qalib gəlməli imiş. Görəsən, Azərbaycanın şahmatçıları, güləşçiləri komanda hesabında Avropada birinci yeri tutanda, Bakıda idmanın müxtəlif növləri üzrə Avropa çempionatları keçiriləndə həmin skeptiklər nə üçün belə cəfəng suallar vermirdilər?

Müxtəlif internet forumlarda birdən-birə fəallaşmış həmin skeptiklər Azərbaycanın Avropa Şurasının üzvü, yaxud da elə bizim AZƏRTAC-ın Avropa Xəbər Agentlikləri Alyansının - EANA-nın üzvü olmasına indiyədək nə üçün təəccüblənmirdilər? Axı onlar heç də Avropanın Alp çəmənliklərində mal-qara otarmaqla məşğul olmurlar, çox nüfuzlu kütləvi informasiya orqanlarında çalışırlar və yetərincə dünyagörüşü olan insanlardır.

Görünür, Avropa cəmiyyətində belələrinin ölkəmizin qələbəsinə bu cür reaksiya verməsinə biz də dözməli və gözləməliyik ki, onlar nəhayət, başa düşsünlər ki, hər halda, Azərbaycan Avropanın bir hissəsidir və onun təmsilçiləri də Avropa müsabiqəsində qalib gələ bilərlər. Bir sözlə, Azərbaycanın qələbəsinə Avropada bəzilərinin ilk reaksiyası gözlənilməz idisə və bu, müəyyən məyusluq doğursa da, narahatlığa əsas yoxdur. Çünki Eldar və Nigar bu müsabiqədə məhz elə Avropa ölkələrinin verdiyi səslər sayəsində birinci yerə layiq görülmüşlər. Başqa sözlə desək, bizim üçün məhz belə Avropanın rəyi, mövqeyi daha vacibdir.

İndi isə Eldar və Nigarın qələbəsinin gözlənilən olması barədə. Bundan əvvəlki üç müsabiqədə iştirak edən Azərbaycan təmsilçilərinin birinci dəfə ilk onluğa düşməsi, sonrakı iki yarışmada isə üçüncü və beşinci yerləri tutması faktının özü də çox şey deyir. Bu müsabiqəyə ilk dəfə qoşulan ölkələrin təmsilçilərinin çox qısa müddətdə belə yüksək yer tutduğu hallar bəlkə də yoxdur. Ancaq Azərbaycan duetinin qələbəsi bizim üçün böyük gözlənilməzlik olmadı. Hər şey buna doğru gedirdi. Dövlətimizin gəncliyimizə diqqət və qayğısı müqabilində Düsseldorfdakı qələbə gec-tez qazanılmalı idi. Şəxsən mənim üçün bu il mayın 14-də Düsseldorfda heç bir gözlənilməz hadisə baş vermədi. Bu əla kompozisiya, peşəkar ifa birinci yerə tamamilə layiq idi.

Eyni zamanda, Eldar və Nigarın müsabiqəyə hazırlaşmasının təşkilati işləri ilə məşğul olan insanların xidmətini də qiymətləndirmək lazımdır.

Bütün bunlarla yanaşı, Düsseldorfda qazanılmış uğur ümumən Azərbaycan dövlətinin qələbəsidir. Müsabiqənin yekununda, səsvermədə Azərbaycan təmsilçilərinə ən yüksək - 12 bal vermiş Türkiyə və Rusiyaya, bir qədər az bal vermiş keçmiş sovet respublikalarının bir neçəsinə ürəkdən minnətdarlıq edərək, onların bizə münasibətinin anlaşılan olduğunu deyə bilərik. Bəs Maltanın 12 balı, Rumıniya, Xorvatiya və San-Marinonun 10 balı, Polşa, Avstriya, Albaniya və Portuqaliyanın 8 balı, Sloveniya və Macarıstanın 7, Niderland, Finlandiya və Yunanıstanın, nəhayət, dünyada erməni diasporlarının ən fəallarından birinin olduğu Fransanın 6 balı? Bu məsələdə, xüsusən son illərdə Azərbaycanın dünyada tanıdılması sahəsində görülən məqsədyönlü işlərin böyük rolunun olması danılmazdır. İndi dünyanın əksər ölkələrində Azərbaycanı tanıyırlar, onun inkişafı və mədəniyyəti haqqında məlumatları var.

Təmsilçilərimizin Düsseldorfdakı uğurundan danışarkən Azərbaycan dövlətinin gənclər siyasətini, mədəniyyətin inkişafına diqqət və qayğısını xüsusi vurğulamaq lazımdır. Ölkə əhalisinin böyük bir hissəsini təşkil edən gənc nəslin fiziki və mənəvi baxımdan sağlam böyüməsi, yüksək təhsil alması, xalqımızın milli mənəvi dəyərləri ilə yanaşı, ümumbəşəri dəyərlərə də yiyələnməsi, bir sözlə, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması üçün dövlət səviyyəsində görülən ardıcıl tədbirlər bütün sahələrdə müsbət nəticələr verir. Bütün bu illər ərzində Heydər Əliyev Fondu istedadların aşkar edilməsi və onların üzə çıxarılması üzrə gərgin işin bayraqdarı olmuşdur. Fondun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ciddi nəzarət edir ki, Azərbaycanı hər yerdə yaxşıların ən yaxşısı təmsil etsin, onlar ölkədə və xaricdə çıxışlara hazırlıq prosesində heç bir çatışmazlıqla üzləşməsinlər.

Musiqi mədəniyyətinin tarixi və zənginliyi baxımından Azərbaycan dünyada ən say-seçmə ölkələrdən biridir. Bu isə bütövlükdə xalqın istedadından xəbər verir. Azərbaycanın istər xalq, istərsə də klassik musiqisi uzun illərdən bəri ən müxtəlif ölkələrin konsert salonlarında səslənir. Eldar və Nigarın valideynləri yaxşı xatırlayırlar ki, Rəşid Behbudovun, Zeynəb Xanlarovanın bir çox mahnıları, lap elə Qəmbər Hüseynlinin “Cücələrim”i vaxtilə az qala dünyanın hər yerində oxunurdu. Min illərin sınağından çıxaraq daha da cilalanmış ozan-aşıq sənətimiz, məhz Azərbaycanda özünün ən yüksək zirvəsinə yüksəlmiş muğamımız mədəniyyətimizin beynəlxalq miqyasda təbliğində əvəzsiz işlər görən Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü, milli təəssübkeşliyi sayəsində YUNESKO tərəfindən Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir.

Bəli, “Eurovision-2011”-in qalibi olan Eldar və Nigar belə bir xalqın, ölkənin təmsilçiləridir. Şübhəsiz, bu qələbəni təmin edən ən birinci amil onların şəxsi istedadıdır.

Prezident İlham Əliyevin müsabiqə başa çatandan az sonra telefonla zəng edib Eldar və Nigarı təbrik etməsi, Bakıda onlarla şəxsən görüşməsi, Azərbaycan dövlətinin və onun başçısının gənclərə qayğısının bariz nümunəsidir.

Türkiyə və Gürcüstan rəhbərlərinin Azərbaycan təmsilçilərinin “Eurovision-2011”-dəki qələbəsi münasibətilə Prezident İlham Əliyevi təbrik etmələrini də ayrıca vurğulamalıyıq. Bu, həqiqətən qürur doğuran faktdır. Yeri gəlmişkən deyək ki, Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada keçirilən mərasimdə çıxış edən Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva da gənclərimizin böyük uğurunu xatırlatmış və Mehriban xanım Əliyevanı təbrik etmişdi.

Bir daha demək istərdik ki, Eldar və Nigarın Düsseldorfdakı uğuru dövlətimizin qələbəsidir. Hər birimiz bundan sonsuz sevinc hissi keçirmişik və fəxr edirik ki, belə istedadlı gənclərimiz var. Əgər kimlərsə bu sevinci paylaşmırlarsa, onların suyunu içib havasını udduqları Vətən torpağı üstündə gəzməyə haqları yoxdur.

Builki müsabiqə artıq tarixə çevrilmişdir və indi əsas söhbət mövzusu Azərbaycanın növbəti yarışmanı necə təşkil edəcəyi barədədir.

Şübhəsiz ki, dünyada bədxahlarımız yox deyil və onlar bu məsələdə də kölgədə qalmayacaqlar. Hərçənd, Azərbaycan belə şeylərə artıq çoxdan adət etmişdir və heç nəyə məhəl qoymadan öz yolu ilə uğurla gedir. Ancaq buna baxmayaraq, bizə paxıllıq edənlərin, bədxahlarımızın çoxunun xarici ölkələrin kütləvi informasiya vasitələrində canfəşanlıqla nümayiş etdirdikləri digər ifrat mövqe ilə razılaşa bilmirəm. Bu əməllərin mahiyyəti ondan ibarətdir ki, guya azərbaycanlıların uğurları neftin qiymətinin artması və ölkəyə pul axını ilə əlaqədardır. Əcəba, Namiq Abdullayev və Zemfira Meftahətdinova Sidney olimpiadasında qızıl medal qazananda bunun neftin bahalığına və dövlət xəzinəsinin bolluğuna nə dəxli vardı? Hələ mən Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun, Olimpiya çempionu, dünya çempionatının gümüş mükafatçısı, ikiqat Avropa çempionu Elnur Məmmədlinin, Pekin Olimpiya Oyunların gümüş mükafatçısı, Avropa çempionu Rövşən Bayramovun və digər idmançılarımızın qələbələrini demirəm. Belə misallardan çox göstərmək olar. Əlbəttə, mədəniyyətin, elmin və idmanın inkişafı üçün dövlət tərəfindən vəsait ayrılması həmin ölkələrin vətəndaşlarının dünya müsabiqələrində və yarışlarında çıxışlarına müsbət təsir göstərir. Lakin məgər Lüksemburq, yaxud Fars körfəzi dövlətləri kasıbdır? Yaxud başqa bir misal, Efiopiyanın nə dərəcədə “zəngin” ölkə olması məlumdur. Lakin marafon qaçışında bu ölkənin təmsilçiləri, demək olar ki, həmişə qızıl medal qazanırlar.

Bir aşkar fakt da danılmazdır ki, Azərbaycanın elm, mədəniyyət və idman sahəsində qazandığı uğurlar siyasi uğurların qanunauyğun nəticəsi və məntiqi davamıdır. Bu uğurların ən başlıcası əsl xalq hakimiyyətinə, siyasi sabitliyə, bazar iqtisadiyyatına və sosial ədalətə əsaslanan müstəqil dövlət qurulmasıdır. Şübhəsiz, bu, elə bir zəmindir ki, həmvətənlərimizin ən nüfuzlu dünya platformalarında daha mühüm qələbələrini mümkün edəcək və onların sayını artıracaqdır.

Son illərdə ölkəmizdə ən müxtəlif sahələrə aid çoxsaylı mötəbər beynəlxalq tədbirlərin çox yüksək səviyyədə təşkili dünyaya bəllidir. Əsla şübhə yoxdur ki, gələn il Azərbaycan növbəti “Eurovision” mahnı müsabiqəsinin təşkilinin də öhdəsindən layiqincə gələcək, üstəlik, bu cür tədbirlərin necə keçirilməsi və bunu necə etmək barədə bütün dünyaya nümunə göstərəcəkdir. Bu sahədə toplanmış böyük təcrübəni, xalqımıza tarixən xas olan tolerantlığı və qonaqpərvərliyi də əlavə etsək, deyə bilərik ki, Azərbaycan həmin müsabiqəyə ən yüksək səviyyədə ev sahibliyi edəcək və əvvəlki təşkilatçılardan heç də geri qalmayacaqdır.

Ölkəmizdə həmin müsabiqəyə hazırlıq işləri artıq başlanmışdır. Xarici qonaqlar Azərbaycandan ölkəmiz və xalqımız haqqında, onun ənənələri, qonaqpərvərliyi, tolerantlığı və açıqürəkli olması barədə ən xoş təəssüratlarla qayıdacaqlar. Bu isə Azərbaycanın dünyada ən böyük reklamı - xalq reklamı olacaqdır. Buna görə biz hamımız istedadlı Eldar və Nigar duetinə və onların parlaq qələbəsi üçün şərait yaradanların hamısına borcluyuq!

Aslan Aslanov

AZƏRTAC-ın baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir VİDEO

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb VİDEO

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir VİDEO

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO