Evlərdən məişət əşyaları, avtomobildən pul oğurlayanlar yaxalanıb
Bakı, 23 mart, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki iki evdən ümumilikdə 1700 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri E.Əliyev və T.Rüstəmov saxlanılıblar.
Martın 21-də rayon ərazisində bir avtomobildən 2400 manat və 4200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev həmin polis idarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaxalanıblar.
Faktlarla bağlı təhqiqat davam etdirilir.