Evlərdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb
Bakı, 14 mart, AZƏRTAC
Suraxanı rayonu ərazisində üç evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Ağayev rayon polis idarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunda oğurluq etdiyinə görə tutulmuş Ə.Kazımovun ətrafında rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun iki avtomobildən pul, mobil telefon, maqnitofon və səsgücləndirici oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.