Evlərin birindən 4500 manat pul oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 9 aprel, AZƏRTAC
Nərimanov və Nizami rayonlarında oğurluqla məşğul olan şəxslər yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4500 manat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Ş.Abbasova saxlanılıb.
Nizami rayonunda M.Rəfiyevə məxsus “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Əlimərdanov isə rayon polis idarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırma davam edir.