“EXCELSİOR HOTEL BAKU” MEHMANXANASI “QIZIL AÇAR MÜKAFATI” MÜSABİQƏSİNDƏ İŞTİRAK EDİR
Tədbirdə “Ata Holdinq” şirkətinin müşahidə şurasının sədri Əhməd Erentok “Ata” şirkətlər qrupuna daxil olan “Excelsior” hotelinin dünyanın ən yüksək standartlarına cavab verdiyini söyləmişdir. Son vaxtlar Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradıldığı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi və iqtisadi inkişaf nəticəsində Azərbaycana böyük məbləğlərdə xarici investisiyaların yatırıldığını vurğulamışdır.
“Ata turizm” şirkəti idarə heyətinin sədri Əmrə Esen 8 nominasiya üzrə keçirilən müsabiqədə “Excelsior” hotelinin beş nominasiyada iştirakını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Nyu-Yorkda noyabrda yekun vurulacaq müsabiqədə iştirak həm mehmanxananın, həm də Azərbaycanın dünyada tanınmasına kömək edəcəkdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.