CƏMİYYƏT
“Extreme Hangout” Bakıda COP29 çərçivəsində musiqili proqram təşkil edib
Bakı, 11 noyabr, AZƏRTAC
Bakıda COP29 tədbirləri çərçivəsində “Extreme Hangout” (“Ekstrim görüşmə”) təşkilatı tərəfindən musiqili proqram təşkil olunub.
AZƏRTAC xəbər verir ki, dj.Nərgiz Qaçay xarici hit musiqilər səsləndirib.
Qeyd edək ki, "Extreme Hangout" iqlim problemlərinə dair innovativ həlləri araşdırır. Təşkilat gənclərə biomüxtəliflik, bərpaolunan enerji və davamlılıq kimi mövzularda əməkdaşlıq etmək üçün səlahiyyət verir.
Xatırladaq ki, noyabrın 11-dən 22-dək COP29-dakı Yaşıl Zonada "Extreme Hangout"un təşkilatçılığı ilə su qıtlığı və bərpaolunan enerji innovasiyaları kimi regionun fərqli iqlim problemlərinin həllinə yönəlmiş seminarlar və sessiyalar keçiriləcək. Tədqiq ediləcək əsas mövzulara təbiət və biomüxtəliflik, okeanların qorunması, təbii sərvətlərin yenidən müəyyənləşdirilməsi, davamlı toxumların əldə olunması, dünyanın mövcud ekoloji vəziyyətini yaxşılığa doğru dəyişdirmək və bəşəriyyəti xilas etmək daxildir.