Əziz Səncər: Türk dünyasının qarşısında yeni vəzifələr dayanır
Bakı, 8 sentyabr, AZƏRTAC
Qarabağın işğaldan azad edilməsi Türk dünyası üçün dönüş nöqtəsidir. Çünki Türkiyə Cümhuriyyətinin 1922-ci ildə düşməndən təmizlənməsi ilə, 2020-ci ildə Azərbaycanın Qarabağ ərazisinin işğaldan azad edilməsi ilə biz Türk dünyası olaraq vətənimizə sahib olduq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk dünyasının görkəmli alimi, Nobel mükafatı laureatı professor Əziz Səncər AMEA-da keçirilən elmi konfransda onlayn çıxışı zamanı söyləyib. Konfrans professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilib.
Alim qeyd edib ki, bu tarixi hadisələrdən sonra Türk dünyasının qarşısında yeni vəzifələr dayanır. Əsas hədəflərdən biri elm, mədəniyyət, təhsil və digər sahələrdə inkişaf edərək dünyanın qabaqcıl dövlətləri səviyyəsinə yüksəlməkdir.
Professor Əziz Səncər “Şöhrət” ordeni ilə təltif olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Alim bu yüksək diqqət və ehtiramı Azərbaycan dövləti və xalqının ona göstərdiyi böyük etimadın ifadəsi kimi dəyərləndirib.
Əziz Səncər Qarabağ müharibəsi şəhidlərini və qazilərimizi heç zaman unutmamağın vacibliyini diqqətə çatdırıb.
“Qarabağ savaşında şəhid olan, qazi olan uşaqlarımızı, qardaşlarımızı heç unutmuram. Ümid edirəm ki, heç bir azərbaycanlı qardaşım da onları unutmaz. O dönəm hər zaman yadımdadır”, – deyə alim bildirib. O qeyd edib ki, Qarabağın azadlığı Türk dünyası üçün yeni mərhələnin başlanğıcıdır. Bundan sonrakı dövrdə əldə olunan imkanlar elmə, təhsilə, mədəniyyətə və texnologiyaya yönəldilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [18:20]
Əziz Səncər: Türk dünyasının gələcəyi elm və texnologiyadan keçir
- 08.09.2026 [15:34]