“Facebook” tələbələr üçün “Campus” sosial şəbəkəsini istifadəyə verib
Bakı, 14 sentyabr, AZƏRTAC
2004-cü ildə Harvard Universitetində Mark Zukerberq və onun otaq yoldaşları tərəfindən yaradılmış “Facebook” sosial şəbəkəsi çoxdan qlobal şəbəkəyə çevrilib, amma indi şirkət müəyyən mənada köhnə vaxta qayıtmağa qərar verib. Bu məqsədlə “Facebook” tələbələr üçün əsas sosial şəbəkənin daxilində əlavə sosial şəbəkə istifadəyə verib. “Campus” adlı layihə haqqında şirkətin bloqunda məlumat verilib.
AZƏRTAC xarici saytlara istinadla verir ki, şirkətin rəsmisi “Campus” layihəsinin yaradılmasını koronavirus pandemiyası ilə izah edib. Pandemiya səbəbindən təhsil müəssisələri qismən və ya tam distant təhsil rejiminə keçməli olub.
İndi “Campus” sosial şəbəkəsinin istifadəçilərinə çat, tədbir və qrupları yaratmaq imkanı əlçatandır. Həmçinin onlar öz universitetlərinin xəbər lentinə də baxa bilərlər. Hazırda ABŞ-ın təxminən 30 təhsil müəssisəsi sözügedən layihəyə qoşulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]