Faktiki hava: Bəzi ərazilərdə leysan xarakterli yağış yağıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 15:00-a olan məlumatına əsasən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Ağdam, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Şabran, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada leysan xarakterli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Neft Daşları, Şahbuz, Daşkəsən, Naftalan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub.
Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 22°-dək, Naxçıvan Muxtar Respublikasında 20°-dək, Aran rayonlarında 19°-dək, dağlıq rayonlarda 13°-dək isti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]