Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fatma Yıldırım: Azərbaycan Ordusu dövlətimizin və xalqımızın güvən yeridir

Fatma Yıldırım: Azərbaycan Ordusu dövlətimizin və xalqımızın güvən yeridir

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan xalqı 26 İyun - Silahlı Qüvvələr Gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir. Azərbaycan Ordusu dövlətimizin və xalqımızın güvən yeridir. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla tarix yazdılar. Bu Qələbə dövlətçilik tariximizin Zəfər salnaməsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə başlandı. Məhz Ümummilli Liderin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu qərar Azərbaycan Xalq Cümhuriyyəti irsinə ehtiramın göstəricisidir.

Onun sözlərinə görə, 2003-cü ildən etibarən Azərbaycanda hərbi quruculuq yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Ölkəmizin ötən illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə Ordumuzun güclənməsi ilə müşayiət olundu. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Bu yaxınlarda Milli Müdafiə Universitetinin yaradılması isə hərbi təhsil sistemini daha da təkmilləşdirəcək.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycanın əzəli dədə-baba torpaqlarının təcavüzkar erməni qəsbkarları tərəfindən 30 ilə yaxın müddətdə işğal altında qalması, beynəlxalq birliyin buna göz yumması problemin diplomatik həllinə imkan vermədi. Ermənilər mütəmadi atəşkəsi pozur, günahsız insanları qətlə yetirirdi. Ən acınacaqlısı da o idi ki, bütün bunlar beynəlxalq qurumların, Qarabağ torpaqlarının ərazi bütövlüyünü tanıyan və Azərbaycana aid olduğunu birmənalı şəkildə təsdiqləyən dünya dövlətlərinin gözü qarşısında baş versə də, onlar tərəfdən laqeydlik, susqunluq müşahidə olunurdu. 2020-ci il sentyabrın 27-də Prezident İlham Əliyev xalqa müraciət edərək, Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə olunmaqla yaşayış məntəqələrimizin, dinc sakinlərimizin atəşə məruz qalması haqqında məlumat verdi. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Tariximizə “Vətən müharibəsi”, “İkinci Qarabağ müharibəsi”, “Dəmir yumruq” əməliyyati kimi daxil olan müharibə çox uzun sürmədi. 44 gün ərzində xalqla dövlətin sarsılmaz birliyinin, Azərbaycanın müzəffər Ordusunun şanlı Qələbəsi ilə başa çatan müharibə ordumuzun gücünü bütün dünyaya göstərdi.

“44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu müharibə zamanı Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, öz missiyamızı başa vurmalıyıq. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Bizə Qələbə sevinci yaşatdıqları üçün şanlı Ordumuzun qəhrəman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu. Təsadüfi deyil ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan Ordusunun tətbiq etdiyi strategiya öyrənilir, 44 günlük müharibə XXI əsrin müharibəsi hesab olunur. Biz Azərbaycan xalqı olaraq güclü ordumuzla qürur duyuruq”, - deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində 5,9 bal gücündə zəlzələ baş verib

CNN: ABŞ İranla danışıqları dayandırıb

Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib

Çempionlar Liqası: “Fənərbağça”nın Fransa klubu ilə qarşılaşması 1:1 hesabı ilə başa çatıb

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib

İki iranlı diplomat Fransadan çıxarılacaq

Türkiyədə zəlzələ olub

"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Ağdaşda və Göyçayda təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yunanıstanda meşə yanğınları başlayıb

İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

"Barselona" Rodrinin transferini açıqlayıb

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

Bu saata olan əsas xəbərlər

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin raket təhlükəsi aşkar etdiyi açıqlanıb

DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir

Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər TƏHLİL

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir?

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir – Ekspert rəyi

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir

Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq

Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Böyük Britaniyanın Baş naziri saxta mesajlaşma ilə bağlı hadisədən utanmadığını açıqlayıb

Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər

® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir

Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb

İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib

ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Qazaxıstanda neft-qaz şirkətləri Xəzərdə terrorla mübarizə qüvvələrinin yerləşdirilməsi üçün yer ayıracaq

Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir

Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geoiqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL

Almaniyada quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub

Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?

Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH

“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH