“Fehervar”ın baş məşqçisi: Bizi “Sumqayıt”la oyunda nələrin gözlədiyini bilmirik
Bakı, 24 iyul, AZƏRTAC
“Bizi uzun yol və çətin oyunlar gözləyir. Bu macəraya ilk olaraq Azərbaycanda başlayacağıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Tamaş Peto UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la keçirəcəkləri oyun barədə danışarkən deyib.
Mütəxəssis Azərbaycandan yaxşı nəticə ilə qayıtmaq istədiklərini bildirib: “Bizi Sumqayıta uzun səyahət gözləyir. Rəqibi yaxşı analiz etməyə çalışırıq. Lakin komandanın heyəti dəyişib. Onlarla oyunda bizi nələrin gözlədiyini bilmirik. Azərbaycan futbolunun xüsusiyyətlərindən biri də orada sərt fiziki oyuna önəm verilməsidir”.
Rəqibin qapıçısı Balaş Tot da oyunun onlar üçün çətin keçəcəyini söyləyib: “Görüşün əvvəlindən müdafiədə stabil oynamalıyıq. Bu matçda ən azı heç-heçəyə ümid edirik. Bu, qalib gəlmək istəmirik anlamını ifadə etmir. Evdə də yaxşı oyun nümayiş etdirib nəticə qazana bilərik. Necə hazırlıq keçdiyimizi göstərmək istəyirik”.
Qeyd edək ki, “Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 25-də evdə, cavab matçını isə avqustun 1-də səfərdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]