“Fənərbağça”nın azərbaycanlı yetirməsi İstanbul derbisi ilə bağlı proqnozunu açıqlayıb
Bakı, 1 dekabr, AZƏRTAC
İstanbul derbisi dünyada maraqla izlənilən oyunlardan biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin idman direktoru İlqar Qurbanov Türkiyə Superliqasının XIV turunda “Fənərbağça” və “Qalatasaray” komandaları arasında keçiriləcək oyun barədə danışarkən deyib.
“Fənərbağça”nın yetirməsi olan veteran müdafiəçi matçın çətin keçəcəyini bildirib. Onun sözlərinə görə, görüşün favoriti “Fənərbağça”dır: “Bizi maraqlı oyun gözləyir. Düşünürəm ki, “Fənərbağça” bu qarşılaşmada qələbə qazanacaq”.
Bu gün “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq “Fənərbağça” – “Qalatasaray” qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Prinsipial görüşü Yasin Kol idarə edəcək.
Qeyd edək ki, İlqar Qurbanov Türkiyədə, həmçinin “Sivasspor”, “Boluspor” və “Mersin İdmanyurdu” komandalarının da formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]