Fərid Osmanov: Vençur maliyyələşməsi və kraudfandinq startaplar üçün yeni imkanlar yaradır
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycanda vençur kapitalı və startapların maliyyələşdirilməsi sahəsində həyata keçirilən islahatlar innovativ şirkətlər üçün yeni maliyyə imkanları yaradır.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov sentyabrın 2-də Bakıda keçirilən “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopu zamanı çıxışında deyib.
İRİA-nın sədri bildirib ki, son dövrdə vençur kapitalı və startapların maliyyələşdirilməsi üzrə müasir hüquqi çərçivə formalaşdırılıb. Bu çərçivədə vençur fondları, peşəkar və akkreditə olunmuş investorlar, konvertasiya olunan notlar, SAFE sazişləri və əməkdaşların səhm mülkiyyət planları kimi mexanizmlər tənzimlənir.
F.Osmanov qeyd edib ki, “Kraudfandinq haqqında” Qanunun qəbul edilməsi də startaplar, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün alternativ maliyyə mənbəyinə hüquqi əsas yaradıb.
“Bu islahatlar sahibkarlar üçün maliyyələşmə imkanlarını artırmaq, investorların etimadını gücləndirmək və Azərbaycanın innovasiya ekosistemini yerli və beynəlxalq kapital üçün daha cəlbedici etmək məqsədi daşıyır”, – deyə o bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:23]
“Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiqlənib
- 02.09.2026 [13:52]
® “Azercell” təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
- 02.09.2026 [13:29]
“Azexport.az” beynəlxalq mükafata layiq görülüb
- 02.09.2026 [12:48]
Peşəkar Mühasib Sertifikatı alanların sayı 7282 nəfərə çatıb
- 02.09.2026 [11:59]
Avropada təbii qazın qiyməti ardıcıl üçüncü gündür artır
- 02.09.2026 [10:50]