Fermer: Dövlətimizin bizə yaratdığı şəraitdən çox razıyıq
Bakı, 3 mart, AZƏRTAC
Fermerlər dövlətimiz tərəfindən onlara yaradılan şəraitdən çox razıdırlar.
Bu sözləri Nizami rayonunda fəaliyyət göstərən “Novruz” yarmarkasında AZƏRTAC-a müsahibəsində fermer Ceyhun Ağayev deyib.
Yarmarkada alıcılara müxtəlif çeşidli çərəz məhsulları təklif edən fermer Quba rayonundan gəldiyini söyləyib. O deyib ki, öz təsərrüfatında yetişdirdiyi çərəz məhsulları keyfiyyətli olmaqla yanaşı, həm də bazar qiymətlərindən 30 faiz ucuzdur. Odur ki, insanlar bayramqabağı böyük tələbat olan bu məhsulları həvəslə alırlar.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində və respublikanın müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilib.