FERMERLERƏ SUBSİDİYALAR VAXTINDA ÇATDIRILIR
Bakı, 13 avqust (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, bu il ümumilikdə 59 rayonda 1 milyon 493 min hektar sahəyə görə 59 milyon manat məbləğində subsidiyanın verilməsi nəzərdə tutulur. Subsidiyalar əkilən hər hektara görə 40 manat olmaqla, plastik kartlarla ödənilir.
Artıq kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və sürtgü yağlarına görə subsidiyaların verilməsinə başlanmışdır. İndiyədək 28 rayonda 166 min kəndli-fermerin hesabına 25 milyon manat köçürülmüşdür.
Ümumiyyətlə, 2007-ci ildə 1 milyon 54 min hektar, 2008-ci ildə 1 milyon 344 min hektar sahəyə görə fermerlərə subsidiyalar verilmişdir. Yardımlar Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, ildə bir dəfə verilir və hər il dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]