Fevralın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Günün birinci yarısında bəzi yerlərdə az yağıntı olacağı ehtimalı vardır. Səhər və axşam saatlarında duman olacağı gözlənilir.
Temperatur gecə 2-5°, gündüz 5-10° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 3-8°, dağlıq ərazilərdə 12° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-4°, gündüz 8-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər bəzi yerlərdə havanın az yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.