Fevralın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntı olacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə və gündüz 2-6° isti, Bakıda gecə və gündüz 4-6° isti olacaqdır.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 4° şaxtadan 1°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 3-7° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı, qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağıntı olacağı, qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 4-9° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 3-7°, yüksək dağlıq ərazilərdə 8-13°, gündüz 0-3° şaxta olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağıntı olacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 6-10° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 4-7° isti, gündüz 7-10°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-5° isti olacaqdır.