Fevralın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı vardır.
Temperatur gecə 3-5°, gündüz 6-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Axşam bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 0-5° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7°, dağlarda gecə 2-7° şaxta, gündüz 0-2° şaxta olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2-7° isti olacaqdır.