Fevralın 27-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 6-10° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 6-11° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 7-12° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə havanın yağıntılı olacağı, arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-5°, yüksək dağlıq ərazilərdə 6-10° şaxta, gündüz 0-2° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 7-12° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə hava yağıntılı olacaqdır. Dağlıq ərazilərdə arabir qar yağacağı ehtimalı vardır.
Temperaturun gecə 4-6°, gündüz 7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.