Fevralın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə bəzi yerlərdə qar yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-6° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə 3-5° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 9-14°, dağlıq ərazilərdə 18° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 15-20°, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 9-14°, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 20-22° şaxta, gündüz 5-8° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
əksər rayonlarda hava əsasən yağmursuz keçəcəkdir. Lakin bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə qar yağacağı ehtimal olunur.
Temperaturun gecə 3-5° şaxta, gündüz 3° şaxtadan 3°-dək isti, dağlarda gecə 13-18°, gündüz 3-5° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaqdır.