Fevralın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, səhər yarımadanın bəzi yerlərində zəif dumanlı, axşam isə tutulacağı, gecəyə doğru az yağıntılı olacağı ehtimalı vardır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 4-7° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 7-12°, dağlıq ərazilərdə 17° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz olacaqdır.
Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 15-20°, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.