FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 13 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Nərimanov rayonundakı 202 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, şagird və müəllimlərin fövqəladə hadisələrlə bağlı maarifləndirilməsi məqsədilə təşkil olunan tədbirdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, eləcə də Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.
Tədbirdə FHN-in əməkdaşları fövqəladə halların təsnifatı, zəlzələ, torpaq sürüşməsi, məişətdə yanğın zamanı davranış, çimərliklərdə təhlükəsizlik qaydaları, 112 - qaynar xətti, dəm qazı təhlükəsi, odsöndürən balonlardan istifadə məsələləri ilə bağlı çıxışlar edib, iştirakçıların suallarını cavablandırıblar.