FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib
Bakı, 1 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:42]
Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub
- 13.10.2026 [14:27]
Nazirlik: Yanvar-sentyabr aylarında e-xidmətlərə 5,4 milyon müraciət edilib
- 13.10.2026 [14:20]
Məktəbli formasının tətbiqi ilə bağlı veteranlardan çağırış
- 13.10.2026 [12:56]
“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir
- 13.10.2026 [12:53]