CƏMİYYƏT
FHN: Ötən sutka ölkə ərazisində 165 halda yanğına çıxış olub
![FHN: Ötən sutka ölkə ərazisində 165 halda yanğına çıxış olub](/files/2023/1/1200x630/16781790584055761329_1200x630.jpg)
Bakı, 7 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 165 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində biri azyaşlı olmaqla altı nəfər xilas edilib, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.