FİDE AZƏRBAYCAN HAKİMİNİ SEÇİR
Dünya çempionatı başa çatdıqdan sonra, noyabrın 26-da F.Həsənov daha bir məsul yarışda - Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya kuboku yarışında baş hakimin müavini vəzifəsini yerinə yetirəcəkdir.
Xatırladaq ki, Azərbaycanda şahmat üzrə ilk beynəlxalq dərəcəli hakim adına layiq görülmüş F.Həsənov FİDE-nin qabaqcıl hakimlərindən biri sayılır. O, 1980-ci ildə bu yüksək adı aldıqdan bəri, demək olar ki, hər il Dünya və Avropa çempionatlarında, ümumdünya şahmat olimpiadalarında, beynəlxalq turnirlərdə əsasən baş hakim və ya onun müavini kimi ölkəmizi layiqincə təmsil edir. O, indiyədək 100-dən çox beynəlxaq yarışda hakimlik etmişdir.
F.Həsənov respublikamızda şahmatın təbliği sahəsində də səmərəli fəaliyyət göstərir. O, 35 ildir ki, Azərbaycan televiziyasında “Şahmat klubu” verilişini apararaq, bu qədim oyunun ölkəmizdə yayılmasına kömək edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]