FIDE yeni reytinq siyahısını açıqlayıb
Bakı, 1 fevral, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il fevralın 1-nə olan reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın iki şahmatçısı ilk onluqda yer alır. Belə ki, Şəhriyar Məmmədyarov (2770) doqquzuncu, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədədir.
Digər şahmatçılarımız - 3 pillə irəliləyən Qədir Hüseynov 2665 xalla 71-ci, 4 pillə geriləyən Nicat Abbasov 2664 xalla 74-cü sırada qərarlaşıblar. Rauf Məmmədov (2654 xal) isə 5 pillə irəliləyərək 87-ci yerdədir.
Qeyd edək ki, kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2862) başçılıq edir.
Qadın şahmatçılardan Günay Məmmədzadə 2443 xalla 29-cu, Gülnar Məmmədova (2383) 79-cu, Xanım Balacayeva 2376 xalla 89-cu yerdədirlər.
Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]