FIFA-nın növbəti reytinq cədvəli açıqlanıb
Bakı, 20 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 20-də FIFA milli komandaların növbəti reytinq cədvəlini dərc edib. Azərbaycan komandası siyahıda 3 pillə geriləyərək 1202 xalla 108-ci olub.
AZƏRTAC xəbər verir ki, dünyanın 210 yığmasının yer aldığı siyahıda ilk 15 yerə aktivlərində 1729 xal olan Belçika və son dünya çempionu Fransa yığmaları başçılıq edirlər. Braziliya 1663 xalla ikinci, Xorvatiya millisi isə 1634 xalla dördüncü yerdədir. Reytinq cədvəlində digər pillələrdə müvafiq olaraq Uruqvay (1632), İngiltərə (1612), Portuqaliya (1606), İsveçrə (1598), İspaniya (1597), Danimarka (1581), Argentina (1575), Çili (1568), Almaniya (1568), Kolumbiya (1567) və İsveç (1550) komandaları qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]