FİLARMONİYADA İLK XEYRİYYƏ TƏDBİRİ KEÇİRİLMİŞDİR
Filarmoniyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbiri giriş sözü ilə “Yeni Bakı-Vyana” Avstriya- Azərbaycan Cəmiyyətinin prezidenti doktor Neda Berger açmışdır. O vurğulamışdır ki, cəmiyyətin “Biz hamı kimi-2004” devizi altında filarmoniya ilə birgə keçirdiyi xeyriyyə tədbirindən əldə olunacaq vəsait kömək məqsədi ilə “Dəcəllər” Uşaq Kukla Teatrına veriləcəkdir. Bu teatr “Daun” xəstəliyinə mübtəla olan uşaqların respublikada fəaliyyət göstərdiyi yeganə teatrdır.
Sonra konsertdə bədii rəhbər və baş dirijor, xalq artisti, Dövlət mükafatları laureatı, professor Rauf Abdullayevin idarəsi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri və solist, əməkdar artist Rəna Rzayeva çıxış etmişlər. Konsertdə dünya klassik musiqisindən nümunələr ifa olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]