FİLİPPİN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM QLORİYA MAKAPAQAL ARROYOYA
Hörmətli xanım Prezident,
Filippin Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Filippin münasibətləri daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 may 2007-ci il.