Filippin sahillərində 5,4 və 5,5 bal gücündə iki zəlzələ olub
Tokio, 4 fevral, AZƏRTAC
Fevralın 4-də Filippinin Luson və Batanes adalarının sahillərində 5,4 və 5,5 bal gücündə iki güclü zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Bildirilir ki, birinci zəlzələnin episentri Sambales əyalətinə daxil olan Luson adasından 125 kilometr şimal-şərqdə, ocağı 40 kilometr dərinlikdə yerləşib. Mütəxəssislər yeraltı təkanların təkrar baş verəcəyi barədə xəbərdarlıq ediblər.
Bundan təqribən yarım saat sonra Filippinin digər hissəsində 5,5 bal gücündə ikinci zəlzələ baş verib. Bu dəfə yeraltı təkanların episentri Batanes adasından 93 kilometr şimal-şərqdə, ocağı 14 kilometr dərinlikdə yerləşib. Həmin ərazidə də afterşokların davam etdiyi bildirilir.
Zəlzələlər nəticəsində dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]