Azərbaycan Dövlət İnformasiya Agentliyi

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 27 dissertasiya mövzusu müzakirə edilib

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın cari il üçün növbəti - dördüncü iclası keçirilib.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şuranın sədri, akademik Rafael Hüseynov professor Aida Qasımovanın yenicə çapdan çıxmış “V-XIII əsrlər ərəb ədəbiyyatı” dərsliyi barədə məlumat verib, müəllifi bu dəyərli nəşr münasibətilə təbrik edib. Rafael Hüseynov kitabın nəşrini Azərbaycan ərəbşünaslığında diqqətəlayiq hadisə kimi dəyərləndirib. Akademik bu əsərin tələbələrin klassik ərəb ədəbiyyatını daha yaxşı öyrənməsinə əngəl törədən anadilli dərsliklər sahəsində boşluğu doldurmaqdan savayı, Şərq bədii sözünün tarixi ilə maraqlananlar üçün də dəyərli vəsait olduğunu bildirib.

İclasda dissertasiya işinə ikinci ixtisas indeksinin verilməsi üçün müraciət etmiş şəxslərin məsələsinə baxılıb, müzakirə edilərək müvafiq qərarlar verilib. Belə ki, elmlər doktorluğu hazırlığı proqramı üzrə müraciət etmiş AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Elmira Məmmədova-Kekeçin “Türk xalqları ədəbiyyatında vücudnamələr: arxitektonikası və məzmun özəllikləri” mövzusu üçün “Türk xalqları ədəbiyyatı” - 5717.01 ilə yanaşı, “Folklorşünaslıq” - 5719.01 da əlavə ixtisas kimi müəyyən edilib və təsdiqlənib.

Eyni problemlə fəlsəfə doktorluğu proqramı üzrə sənədlərini təqdim edən Bakı Avrasiya Universitetinin dissertantı Qumru Quliyevanın “Edigey” dastanının variantları və tipologiyası” mövzusu üçün “Folklorşünaslıq” - 5719.01 ilə yanaşı, “Türk xalqları ədəbiyyatı” - 5717.01 ixtisası ikinci ixtisas kimi qeydə alınıb.

İclasın gündəliyindəki növbəti məsələ dissertasiya mövzularının qeydiyyatı ilə bağlı olub. Tədbirdə 9-u elmlər doktorluğu, 18-i isə fəlsəfə doktorluğu hazırlığı üzrə olmaqla, ümumilikdə 27 dissertasiya mövzusu müzakirə edilib.

Elmlər doktorluğu hazırlığı proqramı üzrə mövzusunun müzakirəsi və təsdiqi üçün müraciət etmiş şəxslərdən Bakı Slavyan Universitetinin doktorantı Zəhra Qulamovanın “Müasir rus və Azərbaycan media diskursunda “zaman” konsepti” və Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Elçin İbrahimovun “Müstəqil türk dövlətlərində dil siyasəti” mövzuları adlarında heç bir dəyişiklik edilmədən qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin dissertantı Fəxriyyə Cəfərovanın “Azərbaycan aşıq poeziyasının dil və üslub xüsusiyyətləri” və Sumqayıt Dövlət Universitetinin doktorantı Dəyanət Cümənovun “Azərbaycan poeziyasında Səməd Vurğun ənənəsi” mövzularında araşdırılan problem elmlər doktorluğu üçün bəsit sayıldığından iddiaçılara müəyyən tövsiyələr verilib və mövzuları təsdiq edilməyib.

Azərbaycan Dillər Universitetinin dissertantı Yeganə Hacıyevanın “Oğuz qrupu türk dillərinin antroponimikası” mövzusuna bir neçə oxşar mövzu olduğundan kəsişən məqamların müəyyən edilməsi və müvafiq dəyişikliklər aparılması məsləhət bilinərək qeydiyyata alınmayıb.

Dilçilik İnstitutunun dissertantı Turan Hüseynovanın “Oğuz qrupu türk dillərində mürəkkəb cümlə” mövzusunun plan-prospektinin təkrar formalaşdırılması məqsədəuyğun hesab edilib və təsdiqi növbəti iclasa saxlanılıb. Həmçinin Gəncə Dövlət Universitetinin dissertantı Səba Namazovanın “XX əsrin əvvəlləri Azərbaycan publisistikasının inkişaf mərhələləri (Azərbaycan milli mətbuatının nümunələri əsasında)” mövzusunun adında müəyyən dəyişikliklər aparılaq yeni plan işlənməsinə ehtiyac olduğundan təsdiqi və qeydiyyatı növbəti iclaslara saxlanılıb.

Bakı Slavyan Universitetinin doktorantı Şahnaz Seyidovanın “A.P.Çexovun əsərlərinin Azərbaycanda tədqiqi və tərcüməsi” mövzusunun həm adı, həm də planının bir qədər təkmilləşdirilməsi tövsiyə olunaraq sonrakı iclasların birində təsdiqlənə biləcəyi qərara alınıb. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Fəridə Vəliyevanın “XIII-XV əsrlər türkdilli poeziyada bəşəri-ilahi eşqin tərənnümü və folklor motivləri” mövzusu “XIII-XV əsrlər türkdilli poeziyada folklor motivləri və eşq probleminin təqdimi prinsipləri” kimi təsdiq edilib.

Fəlsəfə doktorluğu proqramı üzrə isə “Müasir ingilis dilində fonetik səviyyədə yeni meyillərin yaranması”, “Oğuz Atayın yaradıcılığında postmodernizm və mədəniyyətlərin diskursu”, “Fransız ticari mətnlərində “gözəllik” konseptinin linqvistik ifadə vasitələri”, “Müasir türk və Azərbaycan dillərində tamamlıq budaq cümləsinin struktur-semantik təhlili”, “Azərbaycan nağıllarında zaman və məkan”, “Boris Pasternakın əsərlərinin Azərbaycan dilinə tərcüməsində orijinaldakı bədii qatın ifadə xüsusiyyətləri”, “XX əsr Azərbaycan lirikasında Füzuli ənənələri (Şərq poetikası baxımından)”, “İngilis tənqidi realizmi və Azərbaycan ədəbiyyatı” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə şuranın sədr müavini, professor Əskər Rəsulov, şuranın katibi, professor Aida Qasımova, şuranın üzvləri, filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Fəridə Əzizova, Bilal İsmayılov, İmamverdi Həmidov, Qəzənfər Kazımov, Mehdi Kazımov, Paşa Kərimov, Cəlil Nağıyev, Qorxmaz Quliyev, Nadir Məmmədli, Qulu Məhərrəmli, Fəxrəddin Veysəlli iştirak ediblər.

İclasda təsdiqi üçün müzakirə edilən 27 dissertasiya mövzusundan 6-nın adında dəyişiklik edilməklə, ümumilikdə 18 mövzu qeydə alınıb. 10 mövzu isə qeyri-məqbul sayılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir