Finlandiya məhkəməsi sanksiyalardan yayınan fransız biznesmeni cəzalandırıb
Bakı, 7 mart, AZƏRTAC
Finlandiyada məhkəmə Avropa İttifaqının Rusiyaya qarşı sanksiya qanunvericiliyini pozan fransalı biznesmeni cəzalandırıb. Bu, həmin qəbildən olan ilk məhkəmə hökmüdür.
AZƏRTAC “Helsingin Sanomat” qəzetinə istinadla xəbər verir ki, logistika və anbarlarla məşğul olan Finlandiyanın “Luminor” və “Siberica” kompaniyalarının icraçı direktoru Qabriel Teminə 9 ay şərti cəza verilib. O, sanksiya qanunvericiliyini pozmaqda və ikili təyinatlı malların ixracında təqsirkar bilinib.
Məhkəmə, həmçinin kompaniyanın fəaliyyətindən əldə edilən bütün gəlirlərin dövlətin xeyrinə müsadirə edilməsinə qərar verib.
Finlandiyanın gömrük xidməti Fransa vətəndaşı olan biznesmenin Rusiyaya pilotsuz təyyarələr və ikili təyinatlı mallar ixrac etdiyini müəyyənləşdirib. O, sanksiya qanunvericiliyini kobud şəkildə pozduğuna görə 2023-cü ilin sentyabrında həbs olunub. “Siberica” və “Luminor” kompaniyaları isə ABŞ-ın sanksiya siyahısına daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]