Finlandiya rəsmən NATO-ya daxil oldu
Stokholm, 4 aprel, AZƏRTAC
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-nun mənzil-qərargahında ölkənin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı sənədi imzalayaraq onu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenə təqdim edib.
AZƏRTAC xəbər verir ki, bununla da Finlandiya rəsmən NATO-nun 31-ci tamhüquqlu üzvü olub.
Rəsmi mərasim bu gün Şimali Atlantika Alyansının Brüsseldəki mənzil-qərargahında keçirilib. Mərasimdə Finlandiya Prezidenti Sauli Niinistö, həmçinin xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaykkonen iştirak ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]